adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Oktyabr 2014 13:25
4322
MƏMLƏKƏT

Əbülfəs Qarayev Özbəkistanda Azərbaycan turizmindən danışacaq

Bu gündən Özbəkistanın Səmərqəndşəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclasıözişinə başlayacaq. Adalet.az xəbər verir ki, iclasdaAzərbaycanımədəniyyət və turizm naziri ƏbülfəsQarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Tədbirdə nazir Əbülfəs Qarayevin Azərbaycanda turizmsahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxışı nəzərdətutulur.

İclası zamanı 2014-cü ildəbeynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri,turizmin əsas istiqamətləri, 2014-2015-ci illər üzrə ümumi iş proqramınınhəyata keçirilməsi və 2016-2017-ci illər üzrə ümumi iş proqramınınhazırlanması, BMÜTT-in BMT sistemində rolu, Dünya Turizm Günü 2014, işçıqruplarının hesabatları, təşkilatın maliyyə vəziyyəti, təşkilatın İcraiyyəŞurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və s. məsələlərmüzakirə olunacaqdır.

İclas oktyabrın 4-də yekunlaşacaq.

Xatırladaq ki, 2013-cü ilin avqustayında Zambiya və Zimbabvedə keçirilmiş BMÜTT Baş Assambleyasının 20-ciSessiyasında Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunmuşdu.