Əbu-Dabidə Ukrayna - Rusiya danışıqları keçiriləcək - Vaxt bilindi
ABŞ 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi səviyyəli danışıqlarda vasitəçilik edəcək.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff “X” hesabında paylaşım edib.
Uitkoff bildirib ki, Rusiya və Ukrayna arasında işçi səviyyəli danışıqlar 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək. Danışıqlar müharibədən sonrakı təhlükəsizlik tənzimləmələri, deeskalasiya, humanitar yardım səyləri və sülhə doğru növbəti addımlara yönələcək.
O qeyd edib ki, ABŞ nümayəndələri bu həftə Belçikanın Brüssel şəhərində Fransa, Almaniya, Böyük Britaniya, Avropa Birliyi (AB) və NATO rəsmiləri ilə görüşəcəklər. Görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Avropanın müharibədən sonrakı təhlükəsizlik arxitekturası və Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün iqtisadi imkanlar müzakirə olunacaq.
Uitkoff əlavə edib ki, onlar gələcək nəsillər üçün davamlı təhlükəsizlik təmin edəcək hərtərəfli sülh sazişi istiqamətində Kiyev, Oslo və Sankt-Peterburqda əldə edilən irəliləyişi davam etdirməyi gözləyirlər.
Digər Xəbərlər
04 Noyabr 2026 09:22
"Rusiya və Ukrayna razılaşmaya yaxındır" - Tramp
04 Noyabr 2026 09:20
Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
04 Noyabr 2026 08:08
ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
04 Noyabr 2026 08:05
Himalay dağlarında 8 nəfər yoxa çıxdı - Əşyaları tapılıb, özləri yox
04 Noyabr 2026 08:01
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
04 Noyabr 2026 07:43
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
04 Noyabr 2026 07:39
69 nəfərin öldüyü qəzadan sonra nazir istefa verdi
04 Noyabr 2026 07:38


Bakı -°C

