adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Yanvar 2024 17:30
6683
TEXNOLOGİYA

E-Polis mobil tətbiqi istifadəyə verildi

Daxili İşlər Nazirliyinin (DİN) E-Polis tətbiqi istifadəyə verilib.

Adalet.az xəbər verir ki, tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.

Həmçinin, proqram vasitəsi ilə borcla bağlı ölkədən çıxışa STOP qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.

Qeyd edək ki, tətbiq artıq “Play Store” mobil mağazasına yerləşdirilib.