adalet.az header logo
  • Bakı -°C
13 Iyul 2026 16:00
54
AVTOMABİL
A- A+

Sükan arxasında yatmayın ..

Havalar istiləşəndə  avtomobilləri idarə etməkdə çətinləşir. Heç kimə sirr deyil ki, elə sürücülər var ki, belə isti yay günlərində 18 saat sükan arxasında əyləşərək sərnişin daşıyır

Heç  olmasa, yarım saat, bir saat avtomobili saxlayıb, dincəlmir, əksinə hərəkəti davam etdirir. Amma mövcud qanunda deyir ki, uzaq məsafəyə gedərkən ən azından sürücülər iki saatdan bir  nəqliyyat vasitəsini saxlamalı və dincəlməlidir! Bu zaman maşında dayanır və texniki problem yaranmır , Amma çox təəssüf ki, bu gün əksər sərnişin daşıyan . avtobus və mikroavtobus sürücüləri  istirahət etmədən mənzil başına gedirlər.

Yol polisinin stasionar postlarında da sürücülərl maarifləndirici söhbətlər aparılmır.Hər iki tərəfin səhlənkarlığı ucbatından bir çox halda qəzalar qaçılmaz olur.Məslələn , bu yaxınlarda Hacıqabul rayon ərazisində avtobus sürücüsünün səhlənkarlığından  nəqliyyat vasitəsi aşıb və 35 sərnişin müxtəlif dərəcəli bədən xəsarət alıb. Onlar Şirvan və Hacıqabuldakı xəstəxanaya yerləşdiriliblər.

Sürücü deyir ki, gözümə gün düşdü, avtobusu aşırdım. Gözünə gün düşürsə , eynək tax! Çox güman ki, sürücü sükan arxasında yatıb və idarəetməni itirib, nəticədə ağır qəza baş verib. Aydındır ki, əsas həqiqət avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.Bax , bu hadisədən digər avtobus sürücüləri də nəticə çıxarmalı, yorğun və yuxulu halda sükan arxasında əyləşməməlidirlər!!!

Emil FAİQOĞLU