adalet.az header logo
  • Bakı -°C
13 Iyul 2026 15:19
71
SAĞLAMLIQ
A- A+

Yayda zəhərlənmələr niyə tez - tez olur?

Yay ilin ən gözəl fəsillərindəndir. Və biz bu ayı çox böyük səbrsizliklə gözləyirik. Çünki isti aylarda İstirahatə gedir, dincəlirik! Əlbəttə , insan heç olmasa, ildə bir dəfə məzuniyyət götürməli və istirahət etməlidir.

Amma yayda bir məsələ də var ki, qida məhsullarından zəhərlənmə hadisələri çox olur. Xüsusilə də qarpızdan. İnsan məsuliyyətli olanda bunun da qarşısını almaq mümkündür! Bir də var  yeməkdən, boyat xörəklərdən zəhərlənmələr.

Bax , bu istər-istəməz hər bir insanı narahat edir. Bəs , yayda müxtəlif qidalardan zəhərlənməmək üçün nə etmək lazımdır? İlk növbədə  sanitar-gigiyenik normalara diqqət yetirilməlidir. Başqa sözlə demiş olsaq boyat xörəklərdən uzaq olmalıyıq.

Bununla yanaşı, bişirilmiş xörəklər bir gündən artıq saxlanılmamalı, onlar soyuducuda  alüminium qazanda deyil, mis qazanda  saxlanılmalıdı. Son vaxtlar ölkəmizdə müxtlif qidalardan zəhərlənmə faktları bir qədər  artıb. Rayonlarda birində yas məclisində verilən yeməkdən  10- dan çox adam zəhərlənib. Təbii ki, onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir! Rayon Prokurorluğu bu hadisə ilə bağlı araşdırma aparır. Görünən odur ki, yay  vaxtı hamı diqqətli olmalı, vaxtı keçmiş yeməkdən və qidalardan uzaq durmalıdır!

Emil FAİQOĞLU