adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 09:00
71
SİYASƏT
A- A+

“Trampla bağlı Empşteyn sənədlərinin yenidən gündəmə gətirilməsi istisna deyil”

“ABŞ və İran prezidentləri arasında imzalanmış memorandumun həyata keçirilməsinə İsrailin Baş naziri B.Netanyahu və yəhudi lobbisinin mane olmağa çalışır. İsrailin yenidən Livanın cənubuna hücumu İranın Hörmüz boğazını bağlamaq qərarına gətirib çıxardı. İran artıq Hörmüz boğazının bağlandığını elan edib”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“İsrailin Baş naziri işğal edilmiş əraziləri qədim tarixi torpaqlara qayıdış kimi təqdim edib. B.Netanyahu ABŞ və İran arasında əldə olunmuş razılaşmanın onun siyasi və şəxsi gələcəyini sual altına qoya biləcəyindən narahatdır. ABŞ və İran arasında razılaşmanın əldə edilməsi, eləcə də Hizbullahın və HƏMAS-ın mövcudluğunu qoruması B.Netanyahuya qarşı ciddi ittihamların irəli sürülməsinə səbəb ola bilər. İsrailin bütün qonşuları ilə qarşıdurma vəziyyətində olması ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət etmir. B. Netanyahu öz siyasi taleyini nəzərə alaraq müharibənin davam etməsində maraqlı görünür. ABŞ-nin İsrailə qarşı daha sərt mövqe nümayiş etdirəcəyi mümkündür. D.Trampla bağlı Empşteyn sənədlərinin yenidən gündəmə gətirilməsi istisna deyil. B.Netanyahu və onun komandası hazırda mürəkkəb siyasi vəziyyətlə üz-üzədir”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN