İntihar çıxış yolu deyil...
Heç kimə sirr deyil ki, bu gün çoxlu sayda insan mənzil, avtomobil və digər daşınan və daşınmaz əmlak alanda banklardan kredit götürürlər! Əlbəttə, hər bir insanın evi, maşını olmalıdır. Amma gərək bunu kreditlə alanda dərindən düşünəsən!
Yəni bankalardan aldığın krediti müqavilədə göstərilən müddətdə geri qaytarasan! Çox təəssüf ki, bəzi adamlar kredit alarkən el dilində demiş olsaq " yorğanına görə ayaqların uzatmırlar". Yəni o pulu qaytarmaq imkanları olmadığı halda belə kredit götürürlər.Mən dəfələrlə yol polisinin keçirdiyi reydlərdə belə hadisələrin şahidi olmuşam.
Belə ki, reyd zamanı bank əməkdaşları da tədbirdə iştirak edib və kreditini verməyən sürücülər postda saxlanılaraq avtomobillər onlardan alınıb. O reyddə on avtomobil borcu olan insanlardan bank əməkdaşları tərəfindən alındı!Eləcə də mənzil alanlar bu gün krediti uzun müddət vermədiyinə görə, evlər banklar tərəfindən onlardan alınır. Bəziləri kredit borlarını verə bilməyəndə intihar etməyi çıxış yolu sayır. Amma bu da problemin həlli yolu deyil.
Çünki qanunda deyilir ki, kredit götürən ölərsə, həmin pul onların ailə üzvlərindən tutulur. Ona görə də bütün vətəndaşlar banklardan kredit götürərkən diqqətli olmalı, əgər o pulu qaytarmaq üçün imkanları yoxsa , yükün altına görməməlidirlər. Yəni bu ağır borcu ailə üzvlərinin üzərinə atılmamalıdırlar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
23 Aprel 2026 10:32
Xəzərdə zəlzələ oldu
23 Aprel 2026 09:44
Teleqüllə yaxınlığındakı qanunsuz tikililər söküldü - VİDEO
22 Aprel 2026 11:32
Perinatal Mərkəzdə yanğın: növbətçi həkim yatmağa gedibmiş
22 Aprel 2026 10:23
İnternat məktəbinin yataqxanası yandı - VİDEO - YENİLƏNİB
22 Aprel 2026 09:23
İmişlidə canavarlar kəndə hücum etdilər - Ziyan çəkənlər var
21 Aprel 2026 21:34
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru - VİDEO
21 Aprel 2026 20:50
Bakı metrosunda qatar yoluna düşən sərnişin öldü
21 Aprel 2026 17:22


Bakı -°C

