“Dünyanın səssiz dirijoru: İpək yolların ipək siyasətinə Bakıdan baxaq”
“2025-ci ilin xarici siyasət təqvimi dərin müşahidələrlə göstərir ki, Azərbaycanın yeni yanaşmaları və tətbiq etdiyi yeni xarici siyasət alətləri bir dönüş dövrünə daxil olub”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
“Ölkənin post-müharibə dövrünün yeni elementlərini yaşaması;
Sabitləşməyə qədəm qoyması;
Uzunmüddətli strateji və iqtisadi tərəfdaşlıqların institusionallaşdırılmağa başlanması:
Kimi mühüm strateji nöqtələrə keçid dövrünün başlanması ilə əlamətdar olmaqdadır. İlin başa çatmasına qısa bir müddət qalsa da, ölkənin qət etdiyi xarici siyasi marafonun uzunluğu bütöv bir tarixi epoxaya bərabər hesab edilə bilər. Bizə görə bu dövrün adı Azərbaycanın qlobal xəritələşməsi və ya geosiyasi doğulma dövrüdür:
2025-ci il Azərbaycanın xarici siyasətində, post-münaqişə dövründə əldə edilən siyasi üstünlüklərin davamlı strateji və iqtisadi tərəfdaşlıqlara çevrilməsi məqsədi güdən qətiyyətli institusionallaşma ili kimi qiymətləndirilir. Diplomatik səylər üç dominant vektorda-Qərblə münasibətlərin institusionallaşdırılması (ABŞ), regional sülh və əlaqələndirmə (Cənubi Qafqaz), və Avrasiya tranzitinin genişləndirilməsi (Mərkəzi Asiya və Yaşıl Enerji)-əsaslı strateji ("xəritələr") yaradılmasına yönəldilib. Azərbaycanın 2025-ci ildəki əsas diplomatik nailiyyəti Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqları nəticəsində əsaslı normallaşma sənədlərinin imzalanması oldu.
Az sonra Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanın dərinləşdirilməsi oldu. Səfərlərin istiqamətləri, keçirilən sammitlərdə iştirak və əldə edilən nəticələrin təhlili göstərdi ki, Azərbaycan ciddi bir qlobal xətt üzrə, vahid məntiqə söykənən prosesə başlayıb. Biz bu böyük ölçülü trayektoriyada hərəkət ardıcıllığını təhlil etdikdən sonra məntiqi görə bilərik: Azərbaycanın yeni dünya nizamında (əslində nizamsızlığında) qurduğu nizamı yalnız iki qlobal ölkənin simasında görə bilərik:
Deməli, söhbət üç ölkədən gedir:
Çin
ABŞ
Azərbaycan Çin və ABŞ öz nöqtəsində yeni dünya reallıqlarında ciddi qlobal savaşa daxil olublar. Bu münasibətlər özünü proksi müharibələrdə biruzə verir: Şərqi Avropada, Yaxın Şərqdə, Afrikada, Okeaniyada, LA -da, bir çox həssas nöqtələrdə baş verən savaşlar bunun nəticəsindədir. Amma ikilinin qazan-qazan prinsipi ilə razılaşması indilik mümkün görünmür, Çin üzrə ABŞ siyasi texnoloqları hesab edirlər ki, qalıcı, hazırkı Çinyönlü siyasət Pekinin gələcəkdə vahid dünya gücünə çevrilməsinə aparır, ona görə də ABŞ preventiv davranmağa sadəcə məcburdur deyə, hücuma keçib, onu aradan qaldırmalıdır. Hər iki gücün bir-birinə münasibəti əslində eynidir. Həll yolları isə ancaq savaşdan keçir kimi görünür. Qələbə nəzəriyyələri, təsir, rəqabət, proksi və s. nəzəri baxışlar sırf bu məsələlərə əsaslar yaratmağa hesablanıb. Yeganə bir mərkəz var ki, onun aparıcı missiyası iqtisadi internet modeli (iqtisadi tor deyək) yaratmaqdır. Bu, Azərbaycandır! Onun baxışı təhlükəsizliyə, qarşılıqlı faydaya və investisiyalara söykənir. Buna görə də, təxminən COVİD pandemiyası yaranandan sonra dünyada ənənəvi lojistikanın sıradan çıxması Azərbaycan kimi üçüncü dünya gücünü doğurdu. Bu fiziki kiçik ölkənin qlobal missiyasında indi yer alır: - Yeni dünya nizamına töhfə - Təhlükəsizliyə töhfə - Yeni kommunikasiyalar xəttini qurmaq - Müharibələrə alternativlər yaratmaq. O baxımdan, cari ilin yanvar ayından başlayan səfərlərin təqvimi, məqsədləri və nəticələri hörmüçək toru içərisində qlobal əməyin gücünü, Bakının əhəmiyyətini, Əliyev diplomatiyasının nəhəngliyini ortaya qoymaqdadır. Dünya yeni bir güclə tanış olur! Xəzərin sahilində doğulan qüdrətin geosiyasi vizyonu güclənir, Amerikadan – Asiyaya – Avropaya – Afrikaya qapılar Bakıdan açılır və bu günə qədər olmayan beynəlxalq münasibətlərdə yeni fenomen doğulur - Sülh diqtəsi! Birinci fotoda biz Prezident Əliyev və Amerika liderini görürük: 8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Biz daha çox Ermənistanla nizamlama prosesinə daha çox diqqət etdiyimizdən o gün görüşün qlobal və regional mahiyyətinə bir o qədər də vara bilmədiyimizi sonralar görə bildik”,- deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Noyabr 2025 12:27
Azər Məmmədov: “Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini daha institusional və dayanıqlı mərhələyə daşıyır”
18 Noyabr 2025 12:08
Sabah Əli Əsədov və nazirlər Milli Məclisə gəlir - Büdcə müzakirə olunacaq
18 Noyabr 2025 11:18
İlham Əliyev onları təbrik etdi
18 Noyabr 2025 11:09
“Yalan üzərində nə qursan, nə tiksən mütləq uçub dağılacaq”
18 Noyabr 2025 10:29
“Bu cür açıqlamalar indiki şərtlər altında münasibətlərin normallaşmasına...”
18 Noyabr 2025 09:30
Ərdoğan: Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi
17 Noyabr 2025 19:10
Ceyhun Bayramov: Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşları ilə əməkdaşlığa sadiqdir
17 Noyabr 2025 17:53


Bakı -°C

