DYP yorğun halda avtomobil idarə edənlərə müraciət edib
Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol qəzalarının əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır yol-nəqliyyat hadisələri ilə nəticələnib.
Bu barədə Adalet.az-a DİN-in Baş Dövlət Yol Polisi(DYP) İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DYP tərəfindən bu haqda çağırışların edilməsinə, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüf ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, iş və istirahət rejiminə əməl etmədən sükan arxasında əyləşənlər tapılır.
“Baş Dövlət Yol Polisi İdarəsinin həyata keçirdiyi növbəti tədbir zamanı da sürücülərlə bu mövzuda zəruri izahahat işləri, maarifləndirici söhbətlər aparılıb. Xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə iş və istirahət rejiminə əməl etməyin vacibliyi xatırladılıb, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin əhəmiyyəti izah olunub, zəruri tövsiyələr verilib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu qəbildən olan tədbirlər davamlı olaraq təşkil edəcəkdir”,-deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
02 Dekabr 2025 10:27
Azərbaycanda bu şəxslər yüksək pensiya məbləği seçə biləcəklər
01 Dekabr 2025 19:15
Saralmış yarpaqlar...
01 Dekabr 2025 16:55
Əmək şəraiti ağır olan işçilər erkən pensiya hüququ qazana bilər
01 Dekabr 2025 15:53
Xankəndiyə qayıdış: görülən işlər açıqlandı
01 Dekabr 2025 14:31
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Dekabr 2025 12:24
DYP qış mövsümü ilə bağlı sürücülərə çağırış etdi
01 Dekabr 2025 12:19
Şahdağ Turizm Mərkəzində yoxlamalara başlanıldı
01 Dekabr 2025 11:59


Bakı -°C

