DYP-dən sürücülərə xəbərdarlıq

Sinoptiklərin məlumatına əsasən sabah yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Adalet.az-a verilən məlumata görə, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.
Digər Xəbərlər

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi - FOTO

Faşizm üzərində Qələbənin 80 illiyidir

DTX və DSX-dən birgə əməliyyat - saxlanılan var

Xəstə yığını: Qatilə həsr olunmuş “Sonuncu general” filmi və "Şuşi qələbəsi"

May ayının pensiyaları ödənildi

Türkiyəli nazirdən “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım - VİDEO

Erməni xəstəliyinin şiddəti: Mikaelyandan 8 may münasibəti ilə təbrik
