adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Iyul 2018 11:14
10615
MƏMLƏKƏT

Düzgün peşə seçimi və dayanıqlı biznes karyerası təlimi

"Düzgün peşə seçimi və biznesin inkişafı sahəsindəeffektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasınınstimullaşdırılması mövzusunda tədbirlərin təşkili

Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən və"Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin may ayındanicrasına start verilmiş və 3 ay ərzində gerçəkləşən "Düzgün peşə seçimi vəbiznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği,dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili”layihəsinin məqsədi gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onlarıngələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazırolması istiqamətində baza biliklərinə yiyələnməsinə nail olmaq və biznesininkişafı və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrintəbliğidir. Qeyd edək ki, Bakı şəhəri ərazində həyata keçirilən fəaliyyətlərdəlayihənin işçi qrupu qarşıya bir neçə vəzifənin icrasını qoyub:

- Məktəblərinyuxarı sinif şagirdləri arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterliseminarların təşkili;

- Universitetlər, kolleclər və s. məzun olan gənclərinişlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlərinkeçirilməsi (Təhsildən iş bazarınakeçidin təmin edilməsi);

- Layihə iştirakçılarının iş yerləri ilə təminolunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərinartırılmasına nail olmaq;

- Biznes ideyalara dəstək üçün başlanğıc(start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək vəinkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım;

- Layihə iştirakçıları üçün işədüzəlməprosesində "Uğurlu yol xəritəsi”nin hazırlanması (CV-nin hazırlanması, İş müsahibəsində özünü təqdimetmə "alətləri”, Rəhbərlikləpeşəkar işgüzar münasibətlərin qurulması üçün lazım olan addımlar).

Əvvəlcədənverilən elanlar vasitəsi ilə müraciət edən şəxslər arasından iyun ayı ərzindəmövzuya daha çox maraq göstərənlər arasından ümumilikdə 75 nəfərədən ibarətdinləyici heyəti yaradıldı və 3 qrupa bölündü. Hazırda bu qruplara "Komandaişi”, "CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”, "Rəhbərliklə işgüzarmünasibətlərin qurulması”, "Biznes planlarının hazırlanması”, "Biznesininkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə” mövzularını əhatə edən təlimlərkeçirildi.

Təlimlərzamanı dinləyicilərə təqdim edilən prezentasiyalar və digər təlim materiallarıCD-lərə köçürülərək çoxaldıldı. Bu materiallar həm təlim iştirakçılarınapaylandı, həmçinin də, layihə üzrə digər tədbir iştirakçılarına təqdim edildi. Dahasonra 3 qrupun hər birindən 8-9 nəfər daha fəal iştirakçı seçilməklə ümumilikdə25 nəfərlik qrupa 1 gün ərzində sözügedən mövzu üzrə iyul ayında dərinləşdirilmişseminar keçirildi.

Layihədənfaydalananlar arasında univeristet, kollec və s. təhsil müəssisələrini bitirməyəhazırlaşan gənclər, yuxarı sinif şagirdləri, iş axtaran, şəxsi biznesini qurmaqarzusunda olan gənclər qrupları və biznes ideyaları üçün dəstək axtaran gənclərvar.