adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Mart 2024 06:13
2145
ELM VƏ TƏHSİL

Dünyaya örnək olan Azərbaycan qadını

Azərbaycan qadını öz zəkası, cəsarəti, yüksək analıq keyfiyyəti ilə hər zaman nümunə olub. Bəşəri və milli dəyərlərin təcəssümü olan qadınlarımız xalqımızın taleyüklü məsələlərinin həllində hər zaman fəal rol oynayıblar. Adını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində dövlət idarəçiliyində yüksək vəzifələrdə çalışıblar. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur.

Ölkəmizdə həyata keçirilən gender siyasətinin nəticəsində qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlar yaradılıb. Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra qadınların ictimai-siyasi həyata transformasiyasına, onların dövlət idarəçiliyində təmsilçiliyinə xüsusi fikir verdi. Heydər Əliyevin Azərbaycan qadını haqda fikirləri bu gün üçün də aktualdır: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Tarixə nəzər salsaq Azərbaycan tarixində igid, cəsur,cəsarətli, qeyrətli diplomat qadınlar çox olub.Amma tarix boyu indiyədək Azərbaycanı dünyada, beynəlxalq aləmdə Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyeva kimi təbliğ edən ikinci xanım olmayıb.2004-cü ilin mayından Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan,onun adını daşıysn fonda rəhbərlik etməklə humanist ideyaların carçısına döndü Mehriban xanım.O, Azərbaycana məxsusdur,amma əməlləri bəşəridir,bəşəriyyətin xəzinəsidir.

44 günlük Vətən müharibəsində qazandığımız qələbədə qadınlarımızın rolunu xüsusi qeyd etmək istərdim. Çünki Azərbaycan qadını bu zəfəri təmin edən igid oğulları yetişdirən,qəhrəmanlıq ənənələrini öz övladlarına aşılayan, onları öz xeyir-duası ilə döyüşə yola salan qəhrəman anadır.

Qadınların cəmiyyətdəki layiqli yeri hər bir dövlətin uğuru hesab olunur. Bütün bunlardan irəli gələrək Azərbaycan qadını bundan sonra da dövlətimizin inkişafına və cəmiyyətimizin yüksəlişinə özünün layiqli töhfələrini verəcək.

 

V çagırış millət vəkili 

Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova