Dünyanın ən balaca qadını

Hindistanın Naqpura şəhərindən olan 28 yaşlı Jyoti Amge balaca boyu ilə qəlbləri fəth edir. Bir çoxlarının fiziki qüsur kimi baxdıqları bu özəlliyini o özünün üstün cəhətinə çevrib.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Jyotinin boyu 18 yaşında cəmi 63 sm olub və artmayıb.
Bir yaşlı uşaq kimi görünən Amge 2012-ci ildə ən balaca qadın kimi Ginnesin Rekordlar Kitabına düşməklə bütün dünyada tanınıb.
Məhz bundan sonra onun həyatı dəyişilib. Jyoti Yaponiya, İtaliya, Misir kimi ölkələri gəzib və digər ölkələrdən olan rekordçularla görüşüb. Onların arasında dünyanın ən ucaboy adamı (251 sm), Türkiyədən olan 39 yaşlı Sultan Kösəndir.
O, aktrisa olmaq arzusundadır və artıq "American Horror Story" filmində də rol alıb.
Dünyanın ən balaca qadını bəzənməyi sevir. Onu "İnstagram"da 1 milyondan çox adam sevərək izləyir.
Akif
Digər Xəbərlər

Al Market”də “AL, QAZAN!” tirajlı stimullaşdırıcı lotereya başladı

Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılır

Dondurmalar ləzzət eləmir...

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda
