Dünyanı heyran qoyan azərbaycanlı yeniyetmə - Video

16 yaşlı istedadlı müğənni Emin Eminzadə yeni mahnısının üzərində işlədiyini bildirdi. Emin mahnının ingilis dilində ve yeni stildə olacağını sosial şəbəkələrdə yayıb.
Mahnının sözləri və musiqisi Eminə aiddir. Mahnını Nyu-Yorkda yerləşən məşhur "Sinima Production” aranjeman edəcək. "Sinima Production” – Young Buck, David Faustino,Snoop Dogg, Bruno Mars ve bir çox məşhurlar ilə əməkdaşlıq etmişdir. Yeni sinqlın onlayn premyera tarixi bu ayın sonunadək açıqlanacaq.
Qeyd edək ki, Emin Eminzadə 14 yaşında İtaliya (2011), 15 yaşında İspaniya (2012) və 16 yaşında 3 dəfə Qazaxıstanda (2013) keçirilmiş beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb. Və Eminin ən böyük uğurlarından biri də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təsisçisi olduğu "Baku” jurnalının mart-aprel nömrəsində gənc istedadın sənətinə verilən yüksək qiymətin təzahürü olaraq 6 səhifəlik "Лестница в небо” ("Səmaya pillələr”) başlığı altında məqalə dərc olunub.
Digər Xəbərlər

Türkiyədə səhərə dad qatan ənənə: Türk səhər yeməyi – FOTOLAR

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin Şəkidə səyyar iclası keçirilib

“Sirli dolça” premyeraya hazırlaşır

Rusiyalı sənətçilər “Dream Fest”dən uzaqlaşdırıldılar - FOTO

Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi

Məşhur bəstəkar vəfat etdi

Bitlis -tarixlə təbiətin qovuşduğu Anadolu incisi
