Dünyaca məşhur "OVOD" M.Teatrın -"Mənim Teatrım"ın səhnəsində
31 may, 1/2 iyun tarixində müstəqil M.Teatr - "Mənim Teatrım"ın səhnəsində məşhur İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən "OVOD" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olmuşdur.
Yeni hazırlanan tamaşanı səhnələşdirən və quruluşçu rejissoru Xalq Artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulova, işıq rəssamı Yusif Adıgözəlov, dərzi Məhin Quluzadədir.
Səhnə əsərində rolları Xalq Artisti Vidadi Həsənov, əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov,Cavid Baba və Ramiz Qəmbər ifa edirlər.
Məlumat üçün bildirək ki, "Ovod", 1897-ci ildə ABŞ-da çap olunmuşdur. Əsər Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın, əsasən, atası kordinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında baş verən faciəvi hadisələri əks etdirir.
Tamaşanın növbəti premyerası 07/08-iyun saat 19:00-da baş tutacaq.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

