Dünya şöhrətli robot Bakıda çıxış edəcək
Oktyabrın 27-28-də Bakıda "Keepface DMCC” və "International Trade Events” şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək "Global Influencer Day” tədbiri çərçivəsində dünya şöhrətli robot "Sofiya”nın çıxışı olacaq.
"Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı "Sofiya” insana xas olan nitq qabiliyyətinə, yumor hissinə malikdir və müəyyən edilmiş suallara cavab verə, həmçinin qoyulmuş mövzulara aid sadə söhbətlər apara bilər. Göz təması qurmaq və insanları tanımaq üçün bu robot kameralar və proqram sistemi ilə təchiz edilib. "Sofiya” Səudiyyə Ərəbistanı vətəndaşı da elan olunub.
Tədbirdə "Google”, "Microsoft”, "Forbes” və "Instagram” şirkətlərinin yüksək səviyyəli menecerləri də iştirak edəcəklər.
Növbəti ay ərzində tədbirin əsas spikerlərinin adları açıqlanacaq. Məlumata görə, iki həftə müddətində biletlər təşkilatçı şirkət "FA International Trade Events” tərəfindən satışa çıxarılacaq.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36