Dünya nəhəngi Bakıda ofis açacaq
Britaniyanın məşhur mühəndislik şirkəti, dünya nəhənglərindən sayılan "Atkins” Bakıda yeni ofisini açır.
Ofis regionda - Azərbaycan, Türkiyə və Gürcüstanda neft və qaz operatorlarının işini dəstəkləməyi planlaşdırır. Xəzər dənizində və ətrafında olan aktivlər xüsusi diqqət mərkəzində olacaq.
Şirkətin əsas məqsədi regiondakı müştərilərin daha da yaxından dəstəklənməsidir.
"Atkins”in Bakı meneceri Ceyms Told açıqlamasında Bakının Şərqlə Qərbin astanasında strateji mövqedə olduğunu və gələcəkdə şirkətin fəaliyyətinin Mərkəzi Asiyaya qədər genişləndirilməsində aparıcı rol oynayacağını bildirib. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatında neft və qazdan asılılığını azaltmağı planlaşdıran ölkədir və bizim də qarşıdakı 5 və 10 illik məqsədimiz bu hədəfə nail olmaq üçün ona köməklik göstərməkdir.
Bu barədə Britaniya mətbuatında da məlumatlar öz əksini tapıb.
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17