adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 May 2020 10:21
26244
ŞOU-BİZNES

Dünya məşhurlar imkansızlara yardımı davam etditrir: İbrahim Tatlısəs də qoşuldu

Hələ də koronavirus epidemiyasıdünyada yayılmağa davam edir. Ölkələr karantin qərarı verir,uçuşlar təxirə salınır, sərhədlər bağlanır, insanlara evdən çıxmamaq qadağanedilir. Koronavirusun geniş yayılması iş yerlərinin bağlanması səbəbi iləinsanlara maddi çətinliklər yaradır. Tanınmış simalar isə koronavirusepidemiyasının səbəb olduğu iqtisadi çətinliklərdən təsirlənən insanlara maddidəstək olurlar.

MüğənniRihanna 5 milyon, 22 yaşlı milyarder Kayli Cenner, aktyor Arnold Şvartseneqqer,Rayan Reynolds, aktrisa Ancelina Coli, Bleyk Layvli 1 milyon dollarkoronavirusla mübarizəyə ianə edib.Məşhur müğənni Taylor Svift isə maddi çətinlikyaşayan pərəstişkarlarına 3000 dollar paylayaraq gündəmə gəlib.

Türkiyəliməşhurlar da müxtəlif kampaniyalarla insanlara kömək edir. YouTuber AtakanÖzyurtun başlatdığı "Kirayə pulun məndən” kampaniyasına İdo Tatlıses,Edis, Arda Turan, Zeynep Bastık, Burak Yılmaz və Emre Çolak kimi məşhur simalarqoşulub.Özyurt 1, Edis 5, İdo 10 ailənin kirayə pulunu ödəyib.MüğənniHaluk Ləvəntin "Dayanışma günləri” kampaniyasına qoşulan məşhurlar da az deyil.Aktyor Can Yaman 50, Kıvanç Tatlıtuğ və müğənni Murat Boz 1000 ailənin 2 aylıqqida ehtiyacını ödəyib.

Onbir ayın sultanı Ramazanıngəlişi ilə türk musiqisinin "imperatoru”sayılan müğənni İbrahim Tatlısəs də yardım kampaniyasına başlayıb.

Adalet.azxəbər verir ki, sənətçi 300 imkansız ailəyə ərzaq yardımı edib.

Tatlısəsyardımbağlamalarını qəbul edən şəxslərə sosial media hesabı vasitəsilə səslənərək,təşəkkürünü bildirib: "Ramazan ayı başlayan kimi 300 ailəyə köməketdik.Allah qismət edərsə, Ramazan ayının sonunda daha 300 ailəyə yardım edəcəyəm.İrandan olan Şerifa xanımla birlikdə hazırladığımız bu bağlamaları qəbul edib,geri qaytarmadığınıza görəsizə təşəkkürümü bildirirəm”.

Yerigəmişkən, qeyd edək: Əməkdar artist Məlahət Abbasova imkansız ailələrə yardımedərkən görüntülərini paylaşanları tənqid edib.

Türkiyədəyaşayan aktrisa bu haqda İnstqramda canlı yayımda deyib. Bir ailəni himayəsinəalan Abbasova bildirib ki, onların adlarını açıqlamağı düzgün hesab etmir:

"Buranınmentaliteti fərqlidir. Burada yardımı demək ayıbdır. Türkiyəli məşhurlar nə qədəryardım edir: biri 100, biri 50, biri 500 min, biri 5 min ailəni himayəsinəalıb. Amma çəkib göstərmirlər, ayıbdır. Həmin insanların duası bəs edər. Bunugöstərmək doğru deyil.

Birdə indi kömək edib, sonra əlimi ailənin üstündən çəkim? Yardım edirsənsə, hərzaman et”

Yəqin Məlahət xanım bu sözləri deyəndə İbrahimTatlısəsi o siyahıya salmayıb.

Əntiqə Rəşid