adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2014 10:14
4451
MƏMLƏKƏT

Dünya İqtisadi Forumundan Azərbaycanın xeyrinə hesabat

Dünya İqtisadi ForumuİKT ilə bağlı hesabatını açıqlayıb.

"Qlobalinformasiya texnologiyaları hesabatı 2014" ("The Global InformationTechnology Report 2014") adlı illik hesabatda ölkələrin informasiyatexnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi"göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.

Adalet.az xəbər verir ki, Rabitə və İnformasiyaTexnologiyaları Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri MüşviqƏmirov "Facebook” səhifəsində hesabatamünasibət bildirib. Şöbə müdiri qeyd edib ki, Azərbaycanın"ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi"reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşması sevindirici haldır: "Bu daölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir. Eyni zamanda"Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-ninəsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internetistifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internetabunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyiniqoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görəölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.

M.Əmirov onu da xüsusi ilə vurğulayıb ki, yuxarıorta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşınəticə qazanması və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cıyeri tutması hesabatda diqqət çəkən məqamlardandır: "MDB-də lider olmaqla,ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətinxidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur”.

Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ciyer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşuölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlamışdır. Həmçinin,Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) daarxada qoyub.

Sübhan