Dünya Çempionu kim olacaq? - SORĞU
Şimal qonşumuz Rusiyada, bir addımlığımızda Dünya Çempionatı başlayır. Hamımızın gözü məhz bu turnirdə olacaq. Azarkeşi olduğumuz komandaları həyəcanla izləyəcəyik. Turnirdə 32 milli komanda mübarizəyə qoşulacaq. Hansı komandanın çemipon olmağı indidən azarkeşlər arasında maraq kəsb edir. Təəssüflər olsun ki, qardaş Türkiyə millisi bu dünya çempionatında iştirak etməyəcək. Ancaq yenə də futbol bu ay ərzində həyatımızın bir parçasına çevriləcək. Sevdiyimiz komandalarla birgə ürəyimiz döyünəcək. Futbol evlərimizə qonaq gələcək. Futbolun təkcə idman növü yox elə həyatın özü olduğunu bir daha bu dünya çempionatında görəcəyik.
Bizdə dedik ki, "Ədalət"çilərin builki dünya çempionatı haqqında fikirlərini sizə çatdıraq.
Sübhan Mahmudov
Türkiyənin dünya çempionatına çıxmasını çox istərdim. 2002-ci ildə Türkiyənin göstərdiyi oyunlar hələ də yaddaşlarda qalıb. Təəssüf ki, hazırda onları izləyə bilməyəcəyik. İtaliya yığmasının da çempionatdan kənarda qalmasını istəmzədim, ancaq heyif ki, onlar da kənarda qaldı. İtaliyasız, Türkiyəsiz dünya çempionatının nə marağı? Bununla belə futbolu çox sevirik. Çempionatı da maraqla izləyəcəyik. Hazırda isə Portuqaliya və Braziliya millilərinə azarkeşlik edirəm. Sürpriz ölkənin hansı olacağını proqnozlaşdırmaq çətindir. Güclü komandalar çoxdur. Ola bilər ki, bu dünya çempionatında qalib tam fərqli bir ölkə olsun.
FaiqQismətoğlu
Mən dünya çempionatına möhtəşəm bayram kimibaxıram. Düşünürəm ki, dünya çempionatı gələndə insan bir qədər də gəncləşir vəümidi göyərir. Futbol həm də gözəl bir teatr tamaşasına bənzəyir. O tamaşanıniçində həm sujet xətti var, həm ideya, həm də fəlsəfə. Hansı komanda ki,dediyimiz bu üç cəhəti birləşdirməyi bacarır, o da dünya çempionu olur. Mənimfikrimcə, Rusiyada keçirilən dünya çempionatında Almaniya komandası çempionolacaq. Çünki futbol tək bir ulduz futbolçu ilə deyil, kollektiv oyunla futbololur. Bunu bacaran deməli, dünya çempionluğuna daha çox yaxındı.
OğuzAyvaz
Dünyaçempionatını hər dəfə dörd gözlə gözləyirəm. Futbol bayramı içimi o qədər doldurur ki, bir anindiki zamanı unuduram. Futbol təkcə idman deyil, sənətdi, hekayədi, mübarizədi.Bu ilki dünya çempionatı heyif ki, Türkiyəsiz olacaq. Ancaq yenə də izləmək şərtdir.Azarkeşlik edəcəyim ölkələr əzilmiş xalqın komandaları olacaq: Argentina,Seneqal, Nigeriya. Bu üç ölkədən biri dünya kubokunu qazansa möhtəşəm olar.Argentinanı Maradonaya görə sevirəm. İndi isə sıra Messiddədir. Ən əsası 1 ayfutbolla nəfəs alacağıq.
ƏbülfətMədətoğlu
Mənim üçün evdə televizor pultunun üstündədava dövrü başlayır. Oğlum futbol fanatıdır, mənsə rus kanallarında maraqlıverilişlərin xəstəsiyəm. Ona görə arzulayıram ki, kim çempion olursa tez olsun,bu müharibə qurtarsın.
ƏdilƏdilzadə
Futboluseyr etməyi sevmirəm. Çempionatla bağlı isə onu deyə bilərəm ki, Almaniyaçempion olmayacaq. Rusiya millisi son zamanlar gözəl oyun sərgiləyir. Bu ölkənində şansları yetərincə deyil. Ümid edirəm ki, bukmeyker kontorlarının təsir edəbilməyəcəyi bu çempionat baş tutacaq.
Emin Akif