adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Dekabr 2014 15:23
6375
DÜNYA

Dünya bu qızdan danışır

SuriyalıMeram Susli adlı gənc bir qız dünyanı özündən danışdıra bilib. Adalet.az Türkiyəmətbuatına istinadən xəbər verir ki, hazırda Avstriyada yaşayan 27 yaşlı qız Suriyailə bağlı siyasi vəziyyəti, hadisələri xəbər spikeri kimi youtube vasitəsiləyayımlayır. Əsasən tənqidi çıxışları ilə seçilən xanım, xüsusən də İŞİD-ə qarşı sərt təpkilərgöstərir. ABŞ və İŞİD-ə nifrəti isə Bəşər Əsəd rejimini dağıtdıqları üçündür.Çoxları hətta bu qızı B.Əsədin qeyri-rəsmi sözçüsü də adlandırırlar.

2,5milyon izləyicisi olan yeni fenomeni tənqid edənlər də çoxdur. Əksər izləyicilər hesab edirlər ki, başdan-ayağa plastik cərrahiyyənin bəhrəsi olan M.Susliyalnız özünü tanıntmaq üçün interneti seçib. Siyasətə baş qoşmağı isə daha diqqətçəkənhesab edib.

M.Suslininson olaraq "Bizi kimyəvi silah xilas edəcək” deməsi onu izləyənlərin fikirlərindəikitirəlik yaradıb. Kiçik yaşlarında Suriyanı tərk etmiş gənc qız atdığı  bu addımı ana vətənində baş verənlərə seyirciqala bilməməsi ilə izah edib.

 "Siyasət məni həmişə maraqlandırıb. Uşaqlıqdansiyasi verilişləri, analizləri izləyirəm”, - deyən bloqqer ona edilən hədələrəbaxmayaraq, virtual mübarizəsini davam etdirəcəyini bildirib.