adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyul 2017 12:25
12550
GÜNDƏM

DÜMBƏLƏK

Qarabağlıların mənasızadamlara qoyduğu üç ad var: dümbələk, dilqənək və bir də dəmşəlax. Bu sözləri açmağahəvəsim yoxdu. Oxucular israr edərsə açaram.Biri vardı qonşumuydu, həm də bir az imkansız ailədəndi. Götürdüm gəldimredaksiyaya. İşə götürdüm, uşaqlara da dedim ki, buna kömək eləyin, yazmağı öyrədin.İki dəfə ali məktəbdən qovuldu oxuya bilmədiyinə görə. Getdim rektorun yanına. Azqala ilan dili çıxarıb yalvardım, bərpa elədilər. Yadımdan çıxıb, xeyli bizim qəzetdəişlədi. Tapşırmışdım Əbülfət Mədətoğluna ki, buna inşa cəhənnəm, imla yazmağı öyrətsin.Deyəsən heç öyrənə də bilmədi. İndi baxıram, saxta sənədlərlə, siyasi partiyalarınalverçiliyiylə gedib çıxıb Avropaya. Və baxıram ki, çörək yediyi qazana tüpürür.Uşaqdı. Əsas məsələ odur ki, az qala ona balası kimi baxan Əbülfət Mədətoğlunu nişangötürüb. Adını yazmıram, o qədər mənasızdı ki.

Amma onu bilmir ki,mən onun sığındığı ölkəyə bircə rəsmi məktub yazmaqla, onun kimliyini göstərməkləonu həmin ölkədən it kimi qovaram. Amma istəmirəm. Qoy yaşasın.

Qardaşım Vahid Qazi,səndən umuram ki, niyə belələrini yerində oturtmursan?! Və həm də səni ona görəsevirəm ki, xaricdən sığınacaq almağına baxmayaraq,bu günə qədər Azərbaycanın əleyhinə bir cümlə yazmamısan. Və umduğum da ona görədiki, böyür-başında yazanlara bir qarabağlı kimi niyə hərdənbir qarabağlı silləsiatmırsan. Zarafat eliyirəm, döymə, başa sal.

Redaksiyada həmişəuşağı «dilqənək» deyib çağırırdılar və mən də gülürdüm. Elə həqiqətən də «dilqənəkdi».