DTX-də müddətli həqiqi hərbi xidmət keçənlərlə bağlı YENİ QƏRAR
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.
Adalet.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, yuxarıda nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilir.
Digər Xəbərlər
14 Sentyabr 2026 13:54
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
14 Sentyabr 2026 13:44
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
14 Sentyabr 2026 13:18
Rəşad Həsənova yüksək vəzifə verildi
14 Sentyabr 2026 12:59
Bakı metrosunda intervallar azaldılır - Sabahdan
14 Sentyabr 2026 12:01
Bulvar ərazisində suyun səthi neft ləkələri və tullantılardan təmizlənir
14 Sentyabr 2026 11:31
Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
14 Sentyabr 2026 11:30
Azərbaycanda onların iş vaxtı artırılır
14 Sentyabr 2026 11:18


Bakı -°C

