DSX rəisi: “Sərhəd infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür”
“Sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.
“Son 20 il ərzində dövlət başçısı DSX-nin müxtəlif hərbi hissələrinə 40 dəfədən çox səfər edib, bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Prezidentin bilavasitə dəstəyi ilə sərhəd təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”, - E.Quliyev deyib.
Onun sözlərinə görə, sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
“İşğaldan azad edilmiş ərazilərdə sərhəd infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılır. Ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra dövlət sərhədinin azad edilmiş hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilib. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadaları və müxtəlif hərbi birləşmələr yaradılıb”, - Dövlət Sərhəd Xidmətinin rəisi bildirib./report
Digər Xəbərlər
15 Oktyabr 2026 00:09
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
14 Oktyabr 2026 22:17
Prezident Emoməli Rəhmonla görüşdü
14 Oktyabr 2026 21:49
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü - FOTOLAR + YENİLƏNİB
14 Oktyabr 2026 20:14
Hakan Fidan Bakıya gəldi - YENİLƏNİB
14 Oktyabr 2026 19:34
Qətər Əmiri Azərbaycana gəldi - FOTOLAR
14 Oktyabr 2026 19:18
Prezident Bəhreynin xarici işlər nazirini qəbul etdi - FOTOLAR
14 Oktyabr 2026 19:15
İlham Əliyev və xanımı Vyetnamın Vitse-prezidenti ilə görüşdülər - FOTOLAR
14 Oktyabr 2026 19:14


Bakı -°C

