adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Mart 2017 20:39
3850
GÜNDƏM

“DQR”in sabiq “müdafiə naziri” saxlanılıb

Qondarma "Dağlıq Qarabağ Respublikası”nın sabiq müdafiə naziri Samvel Babayan martın 22-də Yerevanda saxlanılıb.

Adalet.az-ın News.am-a istinadən məlumatına görə, bunu "DQR” "parlamenti”nin deputatı Ayk Xanumyan təsdiq edib.

Ermənistanın "Qraparak” qəzeti yazır ki, Qarabağ separatçılarının sabiq komandiri Samvel Babayan hərbi çevrilişə cəhdin təşkilində ittiham olunur.