adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 May 2015 13:04
1772
SİYASƏT

“Dövlətimizin ad günü”

Millət vəkili Zahid Oruc 28 may Respublika Günümünasibəti ilə təbrik yazıb. Facebook sosial şəbəkəsində "Dövlətimizin ad günü” başlığıilə verilən təbrikdə deyilir: "Təvəllüdtarixi təkcə fərdlərə aid deyil.Millətlərin bətnindən doğulan varlıqların dahəyatında əlamətdar günlər mövcuddur.Doğrudur,müstəqil Azərbaycanın təqvimi eləyüklüdür ki,orda qırmızı və qara rənglərin dəqiq harmoniyasını tapmaq elə dəasan deyil.Lakin bütün məhrumiyyətlərə baxmayaraq,milli iradəni vahid birorqanizmdə-dövlətdə birləşdirmək mümkün olub.Siyasi və sosial statusundan asılıolmadan, hər kəsin hesablaşacağı fakt budur”. Z.Oruc qeyd edib ki,  Cümhuriyyət məfkurəsi azadlığı tərənnüm edir,xalqın özgüvənini artırırvə hər bir fərdin potensialını üzə çıxarmağa şərait yaradır.İndi keçmiş sovetnəslinin tarixdəki yerinə də,xanlıqlar dövrünə də ayıq nəzərlərlə baxmaq,ibrətamiz nəticələr çıxarmaq imkanındayıq.28 may istiqlalını ərsəyəgətirənlərə, müasir Azərbaycan dövlətinin qurucusuna- müstəqlilliyin təkcəbəyənnamə və aktlardan ibarət olmadığını dünyaya nümayiş etdirən böyükLiderimizin ruhuna ən yüksək hörmət və ehtirammızı göstərmək də bizim insanlıqborcumuzdur.Dəyərlər hər kəsə layiqli qiymət verməkdən başlanır!

Millət vəkili onu da qeydedib ki, Rəşadətli sovet şairi kimi dünyaya milli pasportunutəqdim edərək "biz varıq” deyə bilməyin fərəhini sizcə hansı hislərlə ifadəetmək olar? Hamınızı qanadları üstünə alan müstəqilliyin istənilən daxilisarsıntıya,fəlakət və işğala sonda qalib gələcəyinə ürəkdən inanın: "Bəli,millətlərşəxsiyyət vəsiqələrini qanlı mübariziələrdə qazanırlar.Azadlıq təkcə xiyabanlardeyil,həm də uğur və qələbə səlnamələri yazan milyonlarla insan deməkdir Adgünü mübarək olsun,dövlətimizin!Min yaşasın!”