adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Iyul 2016 13:21
7597
GÜNDƏM

DÖVLƏT YOL POLİSİ LƏĞV OLUNMALIDIR!

Yağın içində,qəttəzə yeni bir Azərbaycan Xalq Cəbhəsi Partiyası yaratmış Razi Nurullayev təklif edirki, Dövlət Yol Polisi ləğv edilsin. 90-cıillərdə də tələb edirdilər ki, Daxili İşlər Nazirliyi ləğv olunsun, jurnalistlərdən də böyük dəstəkalırdılar. Onda mən qələm dostlarıma bir sual ünvanladım ki, küçədə və ya evinizdəyatdığınız yerdə sizə qarşı bir quldurluq hadisəsi baş versə hara müraciət edəcəksiz,Jurnalistlər İttifaqının sədri Hacı müəllimə?!

İndi Razi bəyyol hərəkəti qaydalarını pozub, yol polisidə cəzalandırıb, bu da prezident olmaq istəyən partiya sədrinin xətrinə dəyib.Və indi deyir ki, DYP ləğv olunmalıdır, bəzi ölkələri, eləcə də qardaş Gürcüstanı da örnək gətirir.

Əvvəla, bilməyərəkdənGürcüstan yollarında və Tiflisdə bir neçədəfə yol hərəkəti qaydalarını pozmuşam vəməni polis saxlayıb. Onlar göyə nəzarət etmirlərki, yola nəzarət edirlər də? Adını nə qoyursanqoy! Və dünyanın heç bir ölkəsində yollarnəzarətsiz deyil.

Və bilmirsinizki, DYP olmasa «papinkın, maminkın sınoklar»maşınları üstümüzdə sınaqdan keçirərlər.Gecə-gündüz sürücülərin, sərnişinlərin vəpiyadaların təhlükəsizliyini təmin etmək üçün vəzifə borcunu yerinə yetirən bu insanlarıaşağılamaq bir siyasətçiyə yaraşmaz.

Təbii ki, onların içində yerində olmayanlar da var. Və belələri zaman-zaman Daxili İşlər Orqanlarından xaric olunur.