adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Aprel 2019 11:24
14110
MƏMLƏKƏT

DÖVLƏT QURUMLARI SƏSSİZ QALANDA

Cəmiyyətimizdə sosial problemlərin olmasıdanılmazdır. Bu problemlər nəinki inkişaf etməkdə olan dövlətlərdə hətta inkişaf etmişlərdə də mövcuddur. Sosial problemlər çoxsahəlidir. Probleminçoxsahəli və müxtəlifliyi ona qarşı əhatəli,ardıcıl, intensiv və dövrün tələbləri çərçivəsində mübarizə aparılması zərurətiyaradır.

Bu gün ölkəmizdəsosial problemlərin həlli istiqamətində həm dövlət, həm də qeyri dövlətqurumları tərəfindən müxtəlif tədbirlər görülür, layihələr həyata keçirilir. Bu addımlar sosial problemlərin həllolunmasında, qarşısının alınmasında müəyyən nəticələr verir.

Bəzən sosial problemlərin kölgəsinə sığınıbekranlarda şou quranları qınasaq da, arada belə çıxışların da bəzi problemlərinhəllinə təkan verdiyinin, insanların pozulmuş hüquqlarının bərpasına köməketdiyinin şahidi oluruq.

Sosial problemlərin həlli, insanların pozulmuşhüquqlarının qorunması dövlətin prioritet məsələlərindən biridir. Bu səbəbdənsosial problemlərin tənzimlənməsi, həlliməsələləri bir vəzifə olaraq dövlətin müvafiq qürumlarında öz həllini tapırvə ya tapmalıdır.

Ailə, qadın və uşaqların qarşılaşdığı sosialsorumların, onların hüquq və azadlıqları sahəsində yaranmış problemlərin həlledilməsində səlahiyyət sahibi olan qürum Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsidir. Komitə artıq 21 ildir ki, fəaliyyət göstərir. Yarandığı zamandaadı - Qadın Problemləri üzrə Dövlət Komitəsi olsa da ailə və uşaq problemlərininqadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurətindənartıq 2006-cıildən ölkə rəhbərliyinin müvafiq fərmanı iləAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsi mərkəzi icra hakimiyyəti orqanı olaraq ailə, qadın və uşaq prolblemləriilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

Komitənin əsasnaməsi ilə tanış olduqda məlum olurki, onun vəzifə və səlahiyyətləri geniş və əhatəlidir. Digər icra hakimiyyəti vəyerli özünüidarəetmə orqanları, eləcə də qeyri-hökumət təşkilatları iləqarşılıqlı əlaqədə fəaliyyət göstərən komitə öz səlahiyyətləri daxilində uşaq və qadınlarınhüquqlarının qorunmasını təmin edir, onların pozulmasının qarşısını alır, gender prinsiplərini həyata keçirmək istiqamətindəkişilər və qadınlarla sistemli iş aparır və s.

Komitənin 22 bəndlik əsasnaməsindən bir neçəsi diqqətimiçəkdi. Məsələn, əsasnamədə belə bir bənd var ki, qurum istehsalatda işləyənqadınların hüquqlarının qorunması üçün öz səlahiyyətləri daxilində müvafiqorqanlarla birlikdə tədbirlər görməli, zərurət yarandıqda, onların hüquqlarınıpozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyətiorqanlar qarşısında məsələ qaldırmalıdır. Kifayət qədər əhatəli, məsuliyyətli bənddir.Gəlin bu məsələdə bir qədər səmimi olaq. Hardasa məhz bu bəndin tələbləri çərçivəsində hansısabir tədbir görüldüyünü heç eşidib görənolubmu? Hansısa bir rəhbərə bu kimi hərəkətlərinə görə ən azından irad tutulsun? Ekranlada, mətbuat səhifələrindəhəmin vəzifəli şəxsi müzakirə etsinlər? Mən görməmişəm. Heç oxumamışam da. Heşkomitənin veb səhifəsində də belə bir məlumat tapa bilmədim.

Bəlkə də bu bəndlə bağlı Komitə tərəfindən müvafiqtədbirlər görülüb və görülür də. Lakin bunun təbliğatı lazımi səviyyədəaparılmır. Maarifləndirmə günün tələbləri səviyyəsində qurulmur. Halbuki əsasnamədəxüsusi bir bənd var ki, komitə müvafiqsahəni işıqlandırmaq məqsədilə televiziya və radio verilişlərinin layihələrinihazırlayıb həyata keçirilməlidir. Bu gün biz belə bir layihə görmürük. Varsa daçox zəifdi. Məhz bu səbəbdən də insanlar üz tuturlar hansısa verlişlərə. Vəonlarında problemlərinin fonunda şou düzəldilir. Özü də necə şoular? Adi ailədramlarından elə faciələr quraşdırmağa çalışırlar ki, axırda məzhəkə alınır. Nəqədər qınanılsa da, tənqid edisə də fəaliyyət göstərirlər, reytinq yığırlar. Ekspertlərdə adətən, manıslar olur. Bəs, komitədə belə mütəxəssislər yoxdur? Varsa, niyəgörünmürlər? Əslində, bu cür verilişlərdədaha çox həmin komitənin mütəxəssisləri çıxış etməlidir.

Veb səhifəni nəzərdən keçirərkən məlum oldu ki,komitə 2017-ci ildə xeyli sayda buklet və kitablar nəşr etdirib. Bunlar dalazımdır. Amma bu gün gerçəklik odur ki, insanlara sosial çarxlarla, verlişlərlətəsir etməyin, maarifləndirməyin nəticəsi daha effektiv olur. Sadə bir sosialçarx bəzən problemin həllində möhtəşəm rol oynaya bilər.

Komitənin ölkədə 11 Uşaq və Ailələrə Dəstək Mərkəzifəaliyyət göstərir. Bundan regiondakıların xəbəri varmı? Var, ancaq az bir hissəsinin. Bu bir faktdır. Veb səhifədə bunlarınünvanları, rəhbərləri, əlaqə nömrələri haqda məlumat tapa bilmədik.

Ümumiyyətlə, belə bir sosial dövlət qürumunun veb səhifəsiheç də ürək açan deyil. Məsələn səhifənin "komitənin kollegiyası” ilə "apellyasiya şurası” bölmələrində Nazirlər Kabinetinin eyni qərarıyerləşdirilib. Veb səhifədə 2017-ci ildə komitədə 4 kollegiya iclasınınkeçirildiyi qeyd edilsə də, bu iclaslar haqda geniş məlumat yoxdur. Kollegiyadanə müzakirə olunub, nə qərar qəbul edilib və s.

Veb səhifədə qaynar xəttə də rast gəlmədik. Beləbir qürumda qaynar xəttin olması vacibdir. İnsanlar ölkənin hər bir yerindən ödənişsizbu xətlə əlaqə saxlayıb suallarına cavab tapmalıdırlar.

Buyazı ilə komitənin fəaliyyətinə kölgəsalmaq fikrimiz yoxdur. Sadəcə anlatmağa çalışırıq ki, elə iş aparmaq, elə təbliğatmexanizmi qurmaq lazımdır ki, insanlar ünvanı düz seçsinlər. Bilsinlər ki, erkən nikahhallarının aradan qaldırılması,qadınlara qarşı zorakılıq, ocümlədən məişət zorakılığına qarşı mübarizə, uşaq hüquqlarının müdafiəsi, xüsusi qayğıya ehtiyacı olanuşaqlar və s. problemlər üçün dövlətin xüsusi təşkilatı var.

NicatNovruzoğlu