adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Oktyabr 2014 15:10
9742
MƏMLƏKƏT

Dövlət müşavirliyi alimlərlə müşavirə keçirdi

Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti IV Bakı BeynəlxalqHumanitar Forumunun nəticələrinin və forumlararası tədbirər planının müzakirəsinəhəsr olunmuş müşavirə keçirib.

Forumun "Multikulturalizmin müqayisəli tədqiqləri:nəzəriyyədən humanist təcrübəyə doğru” adlı bölməsində aparılan məruzələrmüzakirə olunub, nəticələr təhlil edilib, eləcə də forumlararası fəaliyyətplanı müəyyənləşib.

Toplantıda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquqİnstitutunun, Dilçilik, Ədəbiyyat İnstitutunun, Bakı Slavyan Universitetinin,  Bakı Dövlət Universitetinin, Azərbaycan DövlətPedaqoji Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında BilikFondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, elmadamları, yazarlar, tələbə-magistrlər, media təmsilçiləri ştirak ediblər.

Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərliyiilə keçirilən müşavirənin iştirakçıları hər il baş tutan Bakı HumanitarForumunun məqsəd və məramına uyğun olaraq ölkəmizdə ilboyu müxtəlif layihələrin,tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

K.Abdullayev IV Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti barədə ətraflı məlumatverərək bildirib ki, dünyanın məşhur alimlərinin, indiki və keçmiş dövlət rəhbərlərinin14 Nobel mükafatçısının Azərbaycana gəlmələri ölkəmiz üçün böyük hadisədi.Onlar Azərbaycan elmini, mədəniyyətini, xalqını bir daha yaxından tanımaq şansıqazandılar və ölkəmizin xaricdəki dostlarının sayının artmasında müstəsna roloynadılar. Bununla yanaşı Azərbaycan alimləri ilə dünya alimlərinin yaxın təmaslarıquruldu ki, bu da elmimizin inkişafına böyük töhvədir.

K.Abdullayev onu da vurğulayıb ki, Azərbaycanıniqtisadi inkişafının mənəvi inkişafımızla paralellik təşkil etdiyi xaricdən gələnmötəbər qonaqlara daha aydın şəkildə bəyan olub. Azərbaycanın təkcə xarici görünüşüdeyil, insanlarımızın daxili aləmi də dəyişib, zənginləşib. Qonaqlar vətəndaşlarımızlaünsiyyətdə olduqdan sonra bu gerçəkliyi dəfələrlə dilə gətiriblər.

Dövlət müşavirinin sözlərinə 10 il öncə bölgələrdəolarkən əhali dövlət məmuruna daha çox şəxsi xahişlərlə müraciət edirdisə, indiictimai dərdlərini səsləndirirlər. Artıq vətəndaşlar ictimai şüurla düşünürlər.Bu isə mənəvi inkişafdan xəbər verir. Mənəvi inkişaf olmayan yerdə iqtisadiinkişafa nail olmaq mümkün deyil.

Müşavirə iştirakçıları da çıxışlarnda Forumun əhəmiyyətindəndanışıblar, forumlararası tədbirər planının hazırlanması istiqamətində təkliflərveriblər.

AMEA-nınFəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, akademik TofiqHacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçıdirektoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçıdirektoru Azad Məmmədov və başqaları çıxışlarında maraqlı təkliflər səsləndiriblər.Qərara alınıb ki, təkliflər proqram şəklində  hazırlanıb müşavirliyə təqdim olunsun.

Müşavirədə həmçinin 1815-ci ildə ilk dəfə alman şərqşünası,diplomatı Fridrix fon Ditsin tərcüməsində "Kitabi-dədə Qorqud" dastanının dünyaya tanıdılmasının gələn il200 illiyinin tamam olması ilə bağlı tədbirlər planının hazırlanması da müzakirəolunub.

K.Abdullayev bildirib ki, Fridrix fon Dits tərəfindən"Kitabi-dədə Qorqud" dastanının Təpəgöz boyunun alman dilinə çevrilməsinin200-ci ilini yüksək səviyyədə qeyd etməklə Azərbaycan mədəniyyətinin dünyayatanıdılması istiqmətimdə böyük iş görərik. Dövlət müşaviri təklif edib ki, tədbirlərplanının hazırlanması üçün komissiya yaradılsın və elm adamlarının, xüsusən dəQorqudşünasların, filoloqların, ədəbiyyatşünasların təklifləri həminkomissiyaya çatdırlsın. Bu işin kooridinatorluğu Bilik Fonduna tapşırılsın.

Müşavirə iştirakçıları "Fridrix fon Dits: "Kitabi-dədəQorqud" -200” adlı proqramın və fəaliyyət planının hazırlanmasında ciddi fəaliyyətəbaşlamağın vacibliyini vurğulayıblar, bu istiqamətdə görülən işlərin dekabrayının sonuna qədər başa çatdıracaqlarına əminlik ifadə ediblər.