adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Dekabr 2015 16:04
16305
GÜNDƏM

DÖVLƏT MÜŞAVİRİ, PROFESSOR KAMAL ABDULLAYA

Çox hörmətliKamal müəllim!

Sizi, Azərbaycanıntanınmış ziyalılarından birini, filologiya elmləri doktoru, professor, AMEA-nınhəqiqi üzvü və dövlət müşaviri kimi təkcə məmləkətimizdə deyil, onun hüdudlarındançox-çox uzaqlarda da yaxşı tanıyırlar. Siz yazıçı və elm kimi bütün fəaliyyətinizi Azərbaycan ədəbiyyatını, Azərbaycan elmini dünyayatanıtmaq istiqamətində zaman-zaman istiqamətləndirmişvə qazandığınız sevgi, uğur və şöhrətlə Azərbaycanı da şöhrətləndirmisiniz!

Hörmətli Kamalmüəllim!

Məhz Sizin budiqqətçəkən fəaliyyətiniz ölkə prezidenti cənab İlham Əliyev tərəfindən də halal haqqınız olan «Şöhrət» ordeni ilə mükafatlandırıldı.Bu təkcə Sizin yubileyinizə deyil, həm də xidmətlərinizə çox önəmli bir hədiyyədir.

Biz Sizin dünyanın müxtəlifölkələrində nəşr olunan kitablarınızın,müxtəlif dillərdə yayımlanan əsərlərinizin gətirdiyi uğuru hər zaman izləyir vəbundan bir soydaşınız olaraq qürur duyuruq.Bilirik ki, Sizin bütün elmi fəaliyyətiniz, bədii yaradıcılığınız Azərbaycan üçündür,Azərbaycana xidmətdir. Eyni zamanda Sizin bir dövlət müşaviri kimi də ölkəmizdə,onun hüdudlarından kənarda gördüyünüz işləri də maraqla izləyir, onun bəhrəsini öz həyatımızda yaşayırıq.

Bax, belə birgözəl gündə Sizin dostunuz, oxucunuz olaraq biz Sizi yubileyiniz münasibətilə ürəkdəntəbrik edir, can sağlığı və daha böyük uğurlar arzu edirik. İnanırıq ki, keçdiyinizhəyat yolunda bir pedaqoq, bir yazıçı, bir tədqiqatçı, bir elm adamı, bir dövlətxadimi və nəhayət, bir Azərbaycan vətəndaşı kimi qazandığınız uğurların sayı bundan sonra da artacaqvə Sizin hər bir qələbəniz, hər bir nailiyyətiniz Azərbaycanın söz, elm və dövləttarixinə yazılacaqdı!

Çox hörmətliKamal müəllim!

Bir daha Sizitəbrik edir və Sizə ən xoş arzularımızı çatdırırıq!

Hörmətlə:

Millət vəkiliAqil ABBAS və «Ədalət» qəzetinin kollektivi