Dövlət Komitəsində daha bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iki aylıq könüllülük fəaliyyətini başa çatdıran daha bir qrup gəncə sertifikat təqdim olunub.
Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxladığını, bu sahədə məqsədyönlü və düşünülmüş dövlət siyasətinin həyata keçirildiyini qeyd edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov könüllülük hərəkatının gənclərə öz bilik və bacarıqlarını daha fəal şəkildə tətbiq etmək imkanı yaratdığını bildirib. Vurğulanıb ki, qaçqın və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərən gənclər həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə görür, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verirlər. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər. N.Nərimanov həmçinin əlavə edib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli prioritet məsələ olmaqla yanaşı, bu gün əsas məqsəd və hədəf yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizi doğma torpaqlarımıza - Qarabağa qaytarmaqdır. "Bu yolda görülən hər bir iş qələbəyə doğru növbəti addımdır. Bu yolda bizə yardımçı olanlarla, xüsusilə, müəyyən müddətdə Dövlət Komitəsinin müvafiq şöbələrində könüllü kimi çalışan gənclərə təşəkkür edir, gələcək fəaliyyətlərində, eləcə də təhsil karyeralarında onlara uğurlar arzulayıram.", - deyə N.Nərimanov bildirib.
İki ay müddətində Dövlət Komitəsinin müxtəlif şöbələrində təcrübəli mütəxəssislərlə birlikdə çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.
Sonra könüllülərə sertifikat təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 16 nəfər gənc könüllü fəaliyyət göstərir.
Digər Xəbərlər
02 May 2024 10:13
İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03Şimal-qərb küləyi sabah axşamadək fasilələrlə davam edəcək - FAKTİKİ HAVA
01 May 2024 09:46Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44