adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Avqust 2014 14:38
11753
SAĞLAMLIQ

Dövlət Gömrük Komitəsi yeniliyə imza atıb

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Hospitalı Azərbaycandabir ilkə imza atıb. Adalet.az DGK-nın mətbuat xidmətinə istinadən xəbər verirki, hospitalın Urologiya şöbəsində prostat vəzin xoşxassəli hiperplaziyalarızamanı respublikada ilk dəfə olaraq "Tulium Lazer"lə prostatektomiyaəməliyyatlarına başlanıb.

Tibbin ən son texnologiyaları içərisində yer alan"Tulium Lazer" cihazı bu xəstəlikdən əziyyət çəkənlərin minimal fəsadriski ilə qansız və kəsiksiz müalicə olunmasına imkan verir.

Bu cihaz vasitəsilə prostat vəzinin adenomasını,yəni böyümüş toxumanı buxarlandıraraq xaric olunması aparılır və bu, əməliyyatdövrünün qısa olması, qan itkisinin olmaması ilə seçilir. Əməliyyat qansızaparıldığına görə xəstə qan itirmir.

"Tulium Lazer” aparatı ölkəmizə İtaliyadangətirilib və hospitalın mütəxəssislərinə yeni üsulun tətbiqi üçün xaricdəxüsusi treninqlər keçirilib.