Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin birinci müavini Tommi Piqott bu gün keçirdiyi brifinqdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək üçtərəfli görüşdən sonra, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı sənədlərin imzalana biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Adalet.az xəbər verir ki, jurnalistin suallarını cavablandıran ABŞ Dövlət Departamentinin nümayəndəsi hazırda konkret məlumatın olmadığını qeyd edib və ətraflı məlumat üçün Ağ Evə müraciət etməyi təklif edib.
Buna baxmayaraq, onun sözlərinə görə, ABŞ-nin keçmiş Prezidenti Co Bayden və sabiq dövlət katibi Antoni Blinken yaxın gələcəkdə Bakı və İrəvan arasında tarixi sazişin əldə olunacağına dair nikbinliklərini dəfələrlə bildiriblər.
O vurğulayıb ki, rəsmi bəyanata layiq nəsə olanda, o, mütləq bəyan ediləcək, lakin indi detallar barədə danışmaq tezdir.
"Rəsmi olaraq elan edilə biləcək bir şey əldə etdikdə, biz bunu elan edəcəyik. Təfərrüata gəlincə, bunun necə görünə biləcəyinə gəlincə - indi mən fərziyyələr irəli sürməyəcəyəm və ya mümkün bəyanatların qabaqlamayacağam", - deyə Piqott bildirib.
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

