adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Sentyabr 2014 16:00
3259
MƏMLƏKƏT

Dövlət Bayrağı endiriləcək

Bu gün axşam saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı Meydanında bayraq hava sabitləşənədək endiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən atılacaq.