Dostum Putinin dəstəyinə ehtiyacım var
Möhtərəm dostum Putinin Yaxın Şərq böhranı və terrorla mübarizədə dəstəyinə ehtiyacım var.
Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Rossiya-1" kanalında Mixail Qusmanın təqdimatında keçirilən "Formula Vlasti" proqramında söyləyib:
"Rusiya ilə əməkdaşlığımız üçün lazım olan hər bir addımı atmağa hazırıq".
Rusiya və Türkiyənin iki qonşu dövlət olduğunu və sülh üçün birlikdə hərəkət etmələrinin lazım olduğunu vurğulayan Ərdoğan "Bir-birimizə elə çox yaxınıq ki, məsələn, mən müraciət etsəm,Soçidən səsimi eşidərlər, Soçidən müraciət etsələr, mən eşidərəm. Sülh üçün birlikdə hərəkət etmək lazımdır. Birlik və həmrəylik içərsində addım atmağımıza ehtiyac var. Bütün Rusiya xalqına öz xalqım adından səmimi arzularımı yetirirəm. Spasibo!", - qeyd edib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29