Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
Almaniya, Gürcüstan, Şimali Makedoniya və Mərakeş müxtəlif cinayət əməllərinə görə axtarışda olan 10 nəfəri Türkiyəyə təhvil verib.
Adalet.az xəbər verir ki, Türkiyəyə təhvil verilən şəxslərdən yeddisi İnterpol siyahılarına daxil edilib, üçü isə ölkə daxilində axtarışda olub.
Daxili işlər naziri Ali Yerlikaya cinayətdə şübhəli bilinən şəxslərin əksəriyyətinin Almaniya (4) və Gürcüstan (3) tərəfindən Türkiyəyə təhvil verildiyini bildirib.
Nazir ölkəyə gətirilən şəxslərin fotoşəkillərini sosial mediada paylaşaraq bildirib: “Bu şəxslər narkotik qaçaqmalçılığı, terrorizm, qanunsuz silah saxlama, fırıldaqçılıq, oğurluq və digər cinayətlərdə iştirak etdiklərinə görə axtarışda olublar”.
A.Yerlikaya xaricə qaçmağın cinayətkarların ədalət mühakiməsindən yayınmasına kömək etməyəcəyi ilə bağlı əminlik ifadə edib.
Digər Xəbərlər
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
16 Sentyabr 2026 10:49


Bakı -°C

