adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Noyabr 2019 10:10
34645
SİYASƏT

Domokl qılıncı

ABŞ senatında hər iki partiyanın – Respublikaçılar vəDemokratların uydurma "erməni genosidi”layihəsi müzakirəyə çıxarılıb. Xatırladaq ki, bir müddət əvvəl həmin qətnaməKonqresin aşağı palatasında müzükirə edilərək mütləq səs çoxluğu ilə qəbulolunmuşdu. Qətnamənin qüvvəyə minməsi üçünsə onun Senatda da qəbul edilməsi vəprezident tərəfindən imzalanması lazımdır.

Bu yaxınlardaTürkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın ABŞ-a geniş beynəlxalq rezonansdoğurmuş səfəri zamanı respublikaçı senator Lindsi Qrem həmin sənədin Senatdamüzakirəsinə veto qoymuşdu. İndi isə başqa bir respublikaçı, Corciya ştatındanolan senator Devid Pertyu öz həmkarına dəstək olaraq qətnamənin müzakirəsinəqarşı çıxıb, öz veto hüququndan istifadə edərək onun Senatda müzakirəsininqarşısını alıb. "Trampla Ərdoğan arasında keçən həftə keçirilən görüşdən sonraprezident adminstrsiyası Türkiyə rəhbərliyi ilə əməkdaşlığı davam etdirir. Budiplomatik gəlişmələri nəzərə alaraq mən bu qətnamənin indi (kursivbizimdir-red.) qəbul olunmasına etiraz edirəm” – deyə o bildirib.

Senatorunhazırkı məqamda tutduğu düzgün mövqeyi vurğulamaqla yanaşı diqqəti onunsitatındakı bir məqama yönəltmək istəyirik. Nə qədər "tarixi ədalətin bərpası”kimi siyasi-poetik deyimlərin altında gizlədilsə də, qondarma "ermənisoyqırımı” məsələsi Türkiyəni itaətdə saxlamaq üçün Qərbin, o cümlədən ABŞ-ın rəsmiAnqaranın başının üstündən asdıqları "Domokl qılıncı”ndan başqa bir şeyolmayıb. "Erməni soyqırımı”nın yalnız Türkiyəni cəzalandırmaq və ya ondan nəsəqopartamaq lazım gələndə Qərb siyasətçilərinin yadına düşdüyünü bir italiyalıdiplomat hələ ötən əsrdə söyləmişdi.

Hər il aprelin24-də Türkiyə, eləcə də Azərbaycan ictimaiyyətinin gözləri Ağ evə dikilir ki,görəsən, ABŞ prezidenti "soyqırım” kəlməsini işlədəcək, ya yox. Prezidentlər dəintizar içində keçən sayılı günlərdən sonra bu kəlməni işlətməkdən vaz keçərəkhər iki topluma əsl mutluluq, həmin ölkələrin mediasına isə toy-bayram bəxşedir, bir sözlə, mükəmməl bir siyasi şou nümayiş etdirirlər.

Hələ özprezidentliyi dönəmində bu məsələnin araşdırılması barədə müvafiq qurumlarxüsusi tapşırıq verən Ronald Reyqan həqiqəti öyrənsə də yenə susub, bu barədəona təqdim olunan arayışda yazılanları ictimaiyyətə açıqlamayıb. Yalnız 2013-cüildə, yəni, Reyqan prezident kürsüsünü tərk edəndən 15 il sonra onun müşaviri həminaraşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat verməyə özündə güc tapıb.Aşağıda müşavirin vaxtilə Azərbaycan mətbuatında da dərc edilən açıqlamasınıbir daha olduğu kimi nəzərinizə çatdırırıq:

"AğEv 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı vaxtiləaraşdırma aparıb. APA-nın "Qafqaz Online” saytına istinadən verdiyi məlumatagörə, bunu ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri olmuş Bryus Feynaçıqlayıb. O bildirib ki, araşdırma nəticəsində məlum olub ki, "ermənisoyqırımı” barədə söhbətlər əsassızdır və 1915-ci ildə öldürülmüş türklərinsayı daha çox olub: "Ronald Reyqanın tapşırığına əsasən biz o vaxt araşdırmaaparmışdıq. Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı İmperiyasınınarxivlərində saxlanılan sənədlər aşkar edilmişdi. Araşdırma nəticəsində müəyyənedildi ki, o zaman öldürülən türklərin sayı ermənilərdən daha çox olub. "Ermənisoyqırımı” barədə nağıllar erməni tarixçilərinin şəxsi təxəyyülünün məhsuludur.Erməni quldur dəstələri Anadoluda 2 milyondan çox türkü öldürmüşdülər”.

B.Feyn onu da əlavə edib ki, Osmanlı dövründə bütün dini və etnik azlıqlar türklərləeyni hüquqlara malik idilər: "Türkiyədə o vaxt yaşayan yunanlar, kürdlər, çərkəzlər,ərəblər, ermənilər kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci DünyaMüharibəsi başlayanda ermənilər vətənə xəyanət edib, Osmanlı İmperiyasının düşmənlərinəqoşulublar. Ermənilər Qafqaz cəbhəsində ruslarla çiyin çiyinə döyüşürdülər.Onlar türk və gürcü kəndlərini qarət edib, insanları qırırdılar. Bizimapardığımız araşdırma zamanı türklər öz arxivlərindən istifadə etməyə icazəvermişdilər, erməni tərəfi isə qətiyyətlə öz arxivlərini açmaq istəmirdi.Düşünürəm ki, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilərbütün dünyanın qarşısında, xüsusilə türklər qarşısında tarixi yalana yolverdikləri üçün üzr istəməli olacaqlar”.

ABŞictimaiyyəti bu məlumatdan xəbərsiz olsa da, oxumasalar belə və yaxud oxuyubyaddan çıxartsalar da, təbii ki, ölkə siyasətçiləri, özü də təkcə o dövrdəkisiyasətçilər yox, elə indikilər də həmin sənədlə, eləcə də həqiqəti əks etdirənyüzlərlə digər sənədlərlə yaxşı tanışdılar. Senator Devid Pertyu da bunu yaxşıbilir, amma bu ona haqqında danışdığımız sənədə veto qoymağını əsaslandırarkənsöylədiyi və yuxarıda sitat gətirdiyimiz açıqlamasında "indi” kəlməsini işlətməyəmane olmur. Yaxşı ki, mane olmur. Çünki məhz bu kəlmə artıq "erməni genosidi”ninhansısa mifik tarixi həqiqətin təntənəsinin yox, Qərb siyasi dairələrininkonyuktur maraqlarının dolayısı yox, birbaşa etirafıdır.

Senator,ümumiyyətlə, qətnaməyə etiraz eləmir, onun indi, yəni, Türkiyənin yenidən "sözəbaxan” olmasına ümidləryarandığı bir vaxtda qəbul edilməsinə etiraz edir. Görünür, bu "sözəbaxımlılığın”müvəqqəti yox, daimi olacağına özü də şübhəylə yanaşır.

Ərdoğanınsonuncu ABŞ səfərini əldə edilən konkret nəticələrə görə o qədər də uğurlu səfərsaymaq olmaz. Amma buna baxmayaraq daha çox siyasi şou xarakteri daşıyan bu səfərbir neçə gün nəinki hər iki ölkənin, bütövlükdə dünya ictimai fikrinin əsashadisələrindən birinə çevrildi. Bəlkə də M. Qorbaçovun bu ölkəyə səfərindənsonra onun siyasi kuluarlarında belə canlanma müşahidə edilməmişdi. Uzun illərboyu Türkiyə dövlət və hökumət başçılarının Vaşinqton səfərinin heç ABŞ gündəminində əsas mövzusu olmadığını nəzərə alsaq, bunu Ərdoğanın böyük triumfu saymaq damümkündür. ABŞ rəsmiləri məhz bu səfər çərçivəsində hisslərini cilovlaya, hərfürsətdə aşağıladıqları, təzyiq altında saxladıqları, sanksiyalarla hədələdikləriöz əsas hərbi müttəfiqinin son dövrlərdə ustalıqla gerçəkləşdirdiyi siyasimanevrlərdən necə əndişəyə düşdüklərini gizlədə bilmədilər.

Bir daha məlumoldu ki, Amerika Türkiyəyə lazım olduğu qədər Türkiyə də Amerikaya lazımdır.Çünki ötən əsrin 90-cı illərində ABŞ-ın Sovetlər üzərində qələbəsiylə dəyişmişdünya düzəni məşhur "Münhen nitqi”ndən sonra artıq bir az fərqli yöndə olsa daöz köhnə məcrasına qayıtmaqda, birqütblü dünya yenidən ikiləşməkdədir.


ADALET.AZ