adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2016 16:27
235467
MODA

Dollarlara dolanan saç çəngəli və başmaqlar

Tanınmış insanlaraməxsus əşyaları inanılmaz məbləğlə əldə etmək cəhdləri artıq təəccüblügörünmür, amma bəzən elə əşyalara fanatlar pul xərcləyirlər ki, ağlı başındaolanların təəssüflənməməsi mümkün olmur. Deyək ki, hansısa aktyorun eynəyi,saatına və ya tarixi şəxsiyyətin üzüyünə pul xərcləmək başadüşüləndir. Bəs köhnəayaqqabılarına, hələ saç çəngəsinə necə?! Məsələn: "Apple” şirkətinin mərhum rəhbəri Stiv Cobsunköhnə səndəli 2,75 min dollara hərracda satılıb. Cobs onu 1980-cı illərdə geyirmiş."Almapərəst” pərəstişkarın kimliyi gizli saxlanılır.

Dünən isə "Bitlz”qrupunun solisti Con Lennonun saç çəngəsinə 35 min dollar pul veriblər. Bu müştərinində adı gizli saxlanılır.

Qeyd edək ki,Lennonun saçı 1966-cı ildə kəsilib. Daha doğrusu, həmin ildə Almaniyada filmə çəkilənLennon saçını kəsdirəndə uzaqgörən bərbər qızıldan qiymətli saç çəngələriniatmayıb. Bilib ki, vaxt gələcək bu saçlar var-dövlət gətirəcək. Bərbər həminsaç çəngəsini düz 50 il saxlayıb.