Dolların yay aylarına olan məzənnəsi ilə bağlı proqnoz
Azərbaycanda ABŞ dollarının nağd orta məzənnəsinin yay aylarında 1,60 AZN/USD səviyyəsinə qədər geriləməsi gözlənilir.
Adalet.az-ın məlumatına görə, "Report”un analitik qrupu daha əvvəl verdiyi 1,65 AZN/USD məzənnə proqnozunu yeniləyərək 1,60 AZN/USD-yə endirib.
Buna səbəb kimi, Azərbaycanın maliyyə vəziyyətinin nisbi yaxşılaşması, büdcə xərclərinin cari şəraitə uyğunlaşdırılması, pul kütləsinin həcminin azaldılması, qiymətli kağızlar bazarının genişləndirilməsi amilləri göstərilir.
"May ayının sonuna qədər dolların 1,65 manat, turizm mövsümünün sürətlənməsi ilə - iyun-iyul aylarında isə 1,60 manat səviyyəsinə düşməsi gözlənilir”, - deyə agentliyin ekspertləri qeyd ediblər.
Analitik qrup dünya bazarında neft qiymətlərinin yaxın 2 ay ərzində 60 dollar/barel səviyyəsinə çatacağını ehtimal edir: "Neftin qiymətindən asılı olaraq, dolların daha da ucuzlaşması və məzənnənin 1,55 AZN/USD səviyyəsinə düşməsi mümkündür”.
"Azərbaycan bazarında dolların məzənnəsi bank sektoru sağlamlaşdırılana qədər dalğalanmağa davam edəcək. Lakin 2004-2014-cü illərdə müşahidə olunan sürətli kreditləşmə və iqtisadi artım bütün dünyada olduğu kimi Azərbaycanda da yenidən bərpa olunacağı gözlənilmir”, - deyə analitiklər əlavə ediblər.
Digər Xəbərlər
28 Aprel 2024 13:12
Mikayıl Cabbarov şirkət prezidenti ilə birgə fəaliyyət imkanlarını müzakirə etdi
26 Aprel 2024 15:51Maaş artımı olacaq - Deputat müjdə verdi
26 Aprel 2024 15:41Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Aprel 2024 15:09Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”
26 Aprel 2024 12:42