adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 May 2017 10:55
18764
İQTİSADİYYAT

Dolların qiymətinə təsir edəcək məlumatlar açıqlanacaq

Bu gün qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı, xaric məşğulluq və işsizlik məlumatına fokuslanıb.

Adalet.az "Marja”ya istinadən xəbər verir ki, ABŞ-da məşğulluğun artması bu ölkənin Federal Ehtiyat Sisteminin (FES) faiz artıracağı tarix üçün mühüm əhəmiyyət daşıyır.

Yaxşılaşan məşğulluq faizin artırılmasını tezləşdirə bilər. FES-in bu ilin iyun və sentyabr aylarında faiz artıracağı gözlənilir. Bu, inflyasiya göstəriciləri ilə yanaşı, məşğulluğun səviyyəsindən də asılı olacaq.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq. Bu ölkədə apreldə məşğulluğun 185 min artacağı gözlənilirdi. Martda məşğulluq 98 min nəfər artmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacaq. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin apreldə 4,6%-ə qalxacağı proqnozlaşdırılırdı. Martda isə işsizlik 4,5% təşkil etmişdi.

Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv, aşağı çıxması isə neqativ xarakter daşıyır.

Yeni iş yerlərinin açılması və nəticə də gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

FES-in bu il faizləri 3 dəfə artıracağı gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkvə bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.