“Dnepropetrovska hücumu cavabsız qoymayacağıq” - Zelenskidən Rusiyaya xəbərdarlıq
Ukrayna müdafiəçiləri avqustun 10-da Rusiyanın Dnepropetrovsk vilayətinə azı 13 nəfərin ölümü ilə nəticələnən hücumunu cavabsız qoymayacaqlar.
Adalet.az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.
"Ukrayna Silahlı Qüvvələri, kəşfiyyatımız və hüquq-mühafizə orqanları bu gün (dünən-red) Rusiya tərəfindən Dnepropetrovsk vilayətini atəşə tutmasını cavabsız qoymayacaq. Marqansa hücum nəticəsində 13 nəfər həlak olub, 10-dan çox insan yaralanıb".
Zelenski qeyd edib ki, bu, Rusiya terrorunun növbəti təzahürüdür, həmçinin Nikolayev və Xarkova hücumlar bir daha sübut edir ki, dünya Ukraynaya hərbi yardımı artırmalıdır.
"Silahlarımız nə qədər güclü və onların istifadə dairəsi nə qədər geniş olsa, bu qəddar müharibə bir o qədər tez bitəcək", - Prezident əlavə edib.
Xatırladaq ki, avqustun 10-da Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Nikopol rayonundakı "Qradov"dan iki dəfə atəş açıblar. Yaşayış məntəqələrinə 80 raket atılıb.
Digər Xəbərlər
20 Sentyabr 2026 18:46
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
20 Sentyabr 2026 16:02
Rusiyada ayı 2 nəfəri parçaladı
20 Sentyabr 2026 14:10
İran Hörmüzlə bağlı son qərarını açıqladı
20 Sentyabr 2026 13:36
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10


Bakı -°C

