Direktorlar Şurası yaradılsa...
Bu gün orta məktəblərdə tez- tez xoşagəlməz hadisələr baş verir, müəllim- şagird- valideyn münasibətlərində bir boşluq yaranıb.
Bəzi məktəb direktorları idarəetmədə səhvlərə yol verir, mövcud nöqsanlar vaxtında görmür, görsə də bu nöqsanları aradan aradan qaldıra bilmirlər. Təbii ki, belə də olanda məktəblərdə tədris və təlim prosesində bir boşluq yaranır, nizam- intizam zəifləyir və nəticədə həmin kollektiv təhsildə istədiyi uğuru qazana bilmir!!! İndi də əksər məktəb direktorları qadınlardır. Heç kimə sirr deyil ki, zərif cinsin nümayəndələri kişilər kimi direktor işləməyi bacarmırlar!!! Mən Bakı şəhərində uzun müddət direkto işləmiş neçə - neçə müəllim tanıyıram. Onların pedaqoji təcrübə ilə yanaşı, güclü idarəetmə qabiliyyətləri. dərin savadları, ədalətli və obyektiv mövqeləri var.
Onlardan biri də Bakı şəhər 271 saylı tam orta məktəbdə uzun müddət direktor işləmiş Səməndər Eyvaz oğlu Məmmədovdur. O, düz 32 il qüsursuz olaraq məktəb direktoru işləyib, bu müddətdə bir dəfə olsun töhmət almayıb. Prezident mükafatçısıdir və " Cümhuriyyətin yüz illiyi" medalı ilə təltif olunub.
Bax belə böyük pedaqoqlardan və ziyalılardan ibarət Direktorlar Şurası yaradılsa, məktəblərin idarə olunmasında dönüs yarana bilər. Bundan ilk növbədə gənc direktorlar bəhrələnə bilər. Belə bir Şuranın fəaliyyəti heç şünhəsiz yenilik olmaqla yanaşı, məktəblərdəki mövcud problemləri də aradan qaldırmış olar. Biz öz təklifimizi verdik, indi söz Elm və Təhsil Nazirliyinde!
Emil Faiqoğlu
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

