adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Avqust 2016 15:06
49953
TEXNOLOGİYA

Diqqət: texnologiya pusquda!

Son illərdətexnologiyanın həddən artıq irəliləməsinə artıq insan sürəti yetişmir. Bir gözqırpımında dünən icad olunan bu gün köhnəlir, nə baş verdiyini anlayana qədəryeni ixtiralar öz "xidmət”ini təklif edir. Əslində bu təkliflə insanı daha daöz nəzarətində saxlamağa nail olur. Günümüzdə artıq texnologiya insanın deyil,insan texnologiyanın köləsinə çevirib. Bizim işimizi yüngülləşdirmək üçün icadolunanlar, indi özümüzü idarə edirlər. Hərdən adama elə gəlir ki, işıq sürətiilə sıraya düzülmüş bu ixtiralar insan əli ilə baş vermir. Əgər burda insanbarmağı varsa, onda 20 əsr boyu bütün bunlar, texnoloji tərəqqilər hardaydı?! Bəşəriyyətin beyni elə XXIəsrin qədəm qoymasını gözləyirdi?

Əlbəttə, daha dərinə gedəndə sıravi insanların başını qatmaq üçün çıxarılmış əyləncələrinelə onların özünü tora salmaq üçün ortaya atıldığını və bunun səbəblərini başadüşürsən. Adicə Facebook adama dədəsinin vermədiyi sualları verir: "Nə düşünürsən?Hazırda hardasan, yerini dostlarına göstər, Harda oxumusan, işləmisən, kimsən,siyasi, dini görüşlərin nədir...” və s. Vallah bu sualları real insan yağdırsa,durub onu boğazlayarıq, amma texnikanın qarşısında müttəhim kürsüsündəki kimiacizik. Əslində bunun da səbəbi aydındı – şöhrət. İnsanın şöhrət həvəsi, heçolmasa bu yolda az da olsa irəliləməsi, ən azından ətrafında müəyyən qrup çevrələşdirməsiistəyi özündən asılı olmadan onu marionet kuklaya çevirir. Ağıllı adamlarbar-bar bağırırlar ki, özünüzün, xüsusilə uşaqlarınızın harda olduğunu,harda təhsil aldığını, istirahət etdiyini, yaşayış ünvanını, hələ sənədlərinizisosial şəbəkələrdə paylaşmayın. Xüsusi dəstələr marıtda hazır dayanıb, izləyirlər.Kimə deyirsən? Müasir insan özü haqqında məlumatları bir kənara qoyub indidə dədə-nənəsinin şəcərəsini vizuallaşdırır ki, pusquda duranların işiasanlaşsın. Sonra da tələyə düşəndə, bu necə oldu deyə ah-vay edəndə olan birbaşa, bir də dizə olacaq. Yəni əyləncəsi müasir, düşüncəsi keçmişdə qalan insanəlinin altındakı texnologiya vasitəsilə bütün məlumatları özü verdiyini ağıl eləmir."Dələduzlar dünyanı başına alıb” deyə bilir, amma özü kimi səfehlərin bu dələduzlarıyemlədiyinin fərqində olmur.

Məşhurbir film var: "Şeytanın vəkili”. Baş rollarını dahi Al Paçino, Kianu Rivs vəŞarliz Teron oynayır. Yəqin ki baxmısınız, dəfələrlə nümayiş olunur ki, bəlkə Adəmoğlunun ağlı başına gələ. Amma Adəmin oğlu elə dədəsi kimi bir almaya aldanır.Yəni filmin mahiyyəti qalır bi yana, baxanlar ordakı erotik, insest səhnələrə ağızsuladırlar. Halbuki film çox ibrətamizdir, insanı şeytan quluna nələrinçevirdiyini bir-bir göstərir. Ən əsası da insanın şöhrətli, varlı olmaq istəyi vəkəmiyyət (say) həvəsinin onu necə uçuruma apardığını detallarına qədər göstərir,yəni boynuna alır ki, düz deyiblər, "Şeytan detallarda gizlənir”. Bir vəkilin zənginlik və şöhrət arzusunun onun başına nələri gətirdiyini bir göz qırpımında – əl-üzünüyuyarkən göz önünə sərir. Bütün bu dəhşəti yaşamasına baxmayaraq, guya istəklərindənvaz keçən insan sonda yenə də şöhrət istəyinə tabe olur.

Dediyimkimi, suravi insan hələm-hələm şöhrətin zirvəsinə çata bilməsə də, heç olmasada onun ətəklərində oynaqlaşmağı arzu edir. Bunun üçün müasur texnologiya işinəyarayır, elə müasir priyomlar da... Dini, peyğəmbəri, tapınaqları, inancları, əxlaqıtəhqir et, insanlar üzünə tüpürsə də, "zato” tanınacaqsan. Hələ üstəlik səninyolunla gedən məsləkdaşların da olacaq. Nə çox bu yolu örnək tutanlar.

Mövzunuçox dağıtmadan istəyirəm texnologiya qurbanlarına bir şad xəbər verəm: gözünüzaydın, bundan sonra əlinizdəki smartfon da kürəyinizdən xəncərləyəcək. Yənitelefondakı GPS xidməti sayəsində bütün insanların koordinatları birləşdiriləcək.Yəni harda olduğunuzu, hara istiqamət aldığınızı smartfonun məlum xidmətixüsusi orqanlara göndərəcək. Bunun sayəsində bütöv bir şəhərin sakinlərinin hərəkətindənibarət xəritə yaradılacaq. Guya insanların rahat gediş-gəliş yollarından xəbərtutması üçün. Ay-hay! Saçlıları bilmərəm, amma keçəl suya getməz. Di gedin! Yediyinizkababı, içdiyiniz qəhvəni, gəzdiyiniz məkanları sosial şəbəkədə paylaşın ki,suaşağı axa biləsiniz!   


Şəfiqə ŞƏFA