DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa kobud rəy yazılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan foto həqiqəti əks etdirmir:
"Bu fotoda yazılan həmin rəy montajdır, səhifədə bu cür rəy yazılmayıb".
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin rəsmi "facebook" səhifəsində foto paylaşılıb. Həmin fotonun şərh bölməsində vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” sözləri yazılmış foto sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03