DİN: Qohumunun avtomobilini qaçıran şəxs saxlanıldı
Biləsuvarda qohumunun avtomobilini qaçıran şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, Biləsuvar rayon Xırmandalı kəndinin sakini olan bir nəfər gecə saatlarında yaşadığı evin qarşısında saxladığı "VAZ" markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun avtomobili qaçırılan şəxsin qohumu və həmkəndlisi olan 22 yaşlı Heydər Məmmədli olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
22 Iyun 2026 11:19
Oğurluqla məşğul olan motosikletçi tutuldu - VİDEO
20 Iyun 2026 12:52
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
18 Iyun 2026 12:05
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
18 Iyun 2026 11:58


Bakı -°C

