adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2014 16:01
3397
MƏMLƏKƏT

DİN jurnalistləri məsuliyyətsizlikdə qınadı

Daxiliİşlər Nazirliyi (DİN) polis əməkdaşı Fərəc Əzizovun işdən qovulması ilə bağlı rəsmi açıqlama verib. Adalet.az xəbərverir ki, DİN Mətbuat Xidmətininrəis müavini Ehsan Zahidov həmin polis əməkdaşının işdən çıxarılmasınıtəsdiqləyib: "Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Şəki Apellasiya Məhkəməsindəkeçirilən proses barədə xəbər dərc olunub. Prosesdə şahid qismində iştirak edənsabiq polis nəfəri Fərəc Əzizovun guya uydurma bəhanə ilə işdən qovulduğuxəbərdə iddia edilir. Tamamilə əsassız və qərəzli olan bu iddia ilə bağlıdeməliyəm ki, ümumiyyətlə, indiki zamanda dövlət qurumlarından, o cümlədəndaxili işlər orqanlarından heç bir əməkdaş "uydurma bəhanə” ilə işindənkənarlaşdırılmır. Orqandan xaric olunmanın konkret səbəbləri olur və buna uyğunolaraq qanuna müvafiq də qərar qəbul olunur. Məlumatda adı keçən İsmayıllıRayon Polis Şöbəsinin sabiq əməkdaşı Fərəc Əzizovun da xaric edilməsinin əsaslıvə konkret səbəbləri olub. Belə ki, o, rayondakı ayrı-ayrı şəxslərə məxsustorpaq sahələrinin satılmasında vasitəçilik etdiyinə, xidməti vəzifəsinə laqeydvə məsuliyyətsiz yanaşdığına, bununla da polis əməkdaşı adına və nüfuzuna xələlgətirən hərəkətlərə yol verdiyinə görə daxili işlər orqanlarından xaric edilib.Belə bir sıravi polis nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və"DİO-da Xidmətkeçmə haqqında” Əsasnməyə uyğun işdən kənarlaşdırılmasını əsassızvə qərəzli olaraq siyasiləşdirmək, ona siyasi çalar vermək, ən azındanməsuliyyətsizlik və qeyri-peşəkarlıqdır”. 

Qeydedək ki, bu gün bir sıra KİV-lərdə "İsmayıllı işi”niniştirakçılarına qarşı ifadə verməkdən imtina etdiyi üçün polis əməkdaşı FərəcƏzizovun işdən qovulması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilirki, sentyabrın 17-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı iğtişaşları işiüzrə prosesdə İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib.