DİM sədri: Xroniki xəstəliyi olan abituriyentlər arayış təqdim etməlidir
İmtahan binasına daxil olmaq üçün aparılan yoxlama zamanı bədən temperaturu yüksək olan abituriyentlər imtahanın başlanmasına 15 dəqiqə qalmışa qədər özlərini təkrar yoxlatdıra bilərlər.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bəzi abituriyentlər bədən temperaturunun isti hava nəticəsində yüksəldiyini fikirləşə bilərlər:
"Belə abituriyentlər əmin olmaq üçün bir müddətdən sonra yenidən özlərini yoxlatdıra bilərlər. Nəzərə alaq ki, bu prosesdə həkimlər də iştirak edir və onlar imtahan iştirakçılarında müəyyən klinik əlamətlərə də diqqət edirlər. Əgər kimdəsə xroniki xəstəlik varsa, həmin abituriyent arayış təqdim etməlidir”.
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12