DİM sədri buraxılış imtahanında xarici dil üzrə tətbiq olunacaq yenilikdən danışdı
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modelini əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir".
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Xarici dillərin qiymətləndirmə alətləri CEFR standartlarına uyğunlaşdırılıb. Yeni imtahan modeli müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq. Dəyişikliklərin ictimaiyyətin daha geniş kütlələrinə çatdırılması məqsədilə regionlarda da analoji tədbirlərin təşkil olunması nəzərdə tutulur”.
DİM sədri qeyd edib ki, tam orta təhsil səviyyəsi üzrə təkmilləşdirilmiş imtahan modeli üçün həyata keçirilmiş pilot layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin müxtəlif məktəblərindən ümumilikdə 858 şagirdin iştirakı ilə sınaqlar aparılıb.
Digər Xəbərlər
27 Aprel 2026 13:24
Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək
27 Aprel 2026 12:40
11-ci sinif şagirdləri buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaq
27 Aprel 2026 12:25
Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
27 Aprel 2026 12:24


Bakı -°C

