adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Aprel 2024 16:39
1932
ELM VƏ TƏHSİL

DİM düzgün cavabları açıqladı

Aprelin 7-də keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən Adalet.az-a bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.