adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Noyabr 2014 12:35
5193
MƏMLƏKƏT

Diaspor Jurnalistləri Birliyi Hollandiyada layihə həyata keçirəcək

DiasporJurnalistləri Birliyi "Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması"layihəsinə start verib. Təşkilat bu layihəni Hollandiya Azərbaycan Evi ilə birgəhəyata keçirir. Layihənin məqsədi Hollandiya ictimaiyyətinə Azərbaycan, xüsusənQarabağ həqiqətlərini yaymaqdır. Layihənin əsas hədəflərindən biri də erməniyalanlarını ifşa etməkdir.

Qeydedək ki, layihə çərçivəsində Hollandiya mətbuatında yazıların dərc olunması,yerli siyasətçilərə Azərbaycan haqqında məlumatın verilməsi, eyni zamanda digərtürk və qeyri-türk təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.Layihənin fəaliyyət planına yerli dini icmalara müraciətlərin göndərilməsi vəkitabların təqdim olunması, eləcə də Hollandiya din (kilsə) xadimləri iləgörüşlərin keçirilməsi və onların Azərbaycana gətirilməsi də daxildir.

Layihəhər iki təşkilatın şəxsi təşəbbüs və imkanları hesabına həyata keçirilir.Kampaniya xarakterli bu layihəyə istənilən təşkilat qoşula bilər. DJB gələcəkdəbu kimi layihələri digər ölkələrdə də həyata keçirməyi planlaşdırır.